DataLife Engine / Yarıtmaz poçt xidməti kimə lazımdır?

Yarıtmaz poçt xidməti kimə lazımdır?

Yarıtmaz poçt xidməti kimə lazımdır?








Yarıtmaz poçt xidməti kimə lazımdır?

Ölkəmiz həm iqtisadi həm də sosial cəhətdən inkişaf etmiş ölkələrlə bir sırada yer alır. Bu cür inkişaf mexanizmi bir daha sübut edir ki, dövlətimiz hər cəhətdən inkişaf edib. Texnologiyanın inkişafı isə rabitə sahəsində özünü xüsusi ilə gösdərməkdədir. Əhalinin əksəriyyəti internet rabitəsindən istifadə etsə də, poçt şöbələri öz fəaliyyətini davam etdirir. Müasir texnologiya rabitəsi eyni zamanda poçt xidmətləri əhalinin rahat şəkildə sosisal həyatını asanlaşdırır. Ancaq poçt şöbələrində çatışmamazlıqlar mövcut olaraq qalır. Paytaxda və bölgələrimizdə fəaliyyət gösdərən poçt şöbələri bir daha inkişafdan xəbər versədə, bu sahədə də çatışmayan cəhətlər, mövcut probləmlər var. Xocalı şəhəri, Xankəndi poçt şöbəsində yaşanan mövcut problemlər isə uzun müddətdir ki, davam etməkdədir. Hər bir poçt şöbəsi əhalinin rahat şəkildə təmin etməli olduğu halda, nədənsə Xankəndi poçt şöbəsində buna əhəmiyyət verilmir, və ya verilmək istəmir. Poçt şöbəsinə gələn vətəndaşlara lazım olan səviyyədə xidmət gösdərilmir. Demək olar ki, burada rabitə qayda-qanunları kobud şəkildə pozulur. Əhaliyyə birbaşa xidmət gösdərməli olan poçt şöbəsinin əməkdaşları öz vəzifələrinin nədən ibarət olduqlarını bilmirlər. Hər birimizin yolu tez-tez poçt şöbəsindən düşür. Xankəndi şöbəsinin yarıtmaz fəaliyyəti isə danılmaz faktdır. Poçta müraciət edən vətəndaş incidilir, ona düzgün informasiya verilmir. Məsələn saat 4 radələrində poçta gələn vətəndaşa pul olmadığını bildirirlər. Hal bu ki, poçt idarəsində iş saatı saat 18 –dək davam edir. Bu isə bir daha sübut edir ki, öz vəzifələrini bilməyən poçt şöbəsinin əməkdaşları vətəndaşlarla işləmək qaydasını kobud şəkildə pozurlar. Əslində isə poçt şöbəsində bütün mümkün əməliyyatlar tam diqqətli aparılmalıdır, ancaq bu əməliyyatlarda kor-köranə bir şəkildə aparılır. Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş vətəndaş asan bir şəkildə hesabına gəlmiş küllü miqdarda pulu heç bir qayada və qanunlara əməl olunmadan asanlıqla alır. Bu isə müəyyən olunmuş qanuna əsasən cinayət tərkiblidir. Bəlkə, müraciət edən vətəndaş kiminsə şəxsiyyət vəsiqəsi ilə müraciət edib. Görünən odur ki, poçt şöbəsində işləyən əməkdaşar burada niyə işlədiklərin bilmirlər. Əgər belə olmsaydı onda onlar öz işlərinə dəqiq yanaşar, vətəndaşı incitməz, öz işlərini layiqincə yerinə yetirərdilər. Hər bir vətəndaş poçt xidmətindən istifadə edərkən lazım olan qayda-qanunlara mütləq əməl etməlidir. Əgər vətəndaş poçt xidmətindən lazım olunan informasiyanı dəqiq almaycaqsa bəs onda görəsən bu poçtlar kimin nəyinə lazımdır?. Ümid edirik ki, tezliklə poçt şöbələrində baş verən özbaşınalıqlara son qoyulacaq, vətəndaşları incidən, onlara lazım olan səviyyədə xidmət gösdərmiyən poçt əməkdaşları isə lazım olan qaydada cəzalandıracaqlar.
14-12-2016, 08:07
Geri dön