DataLife Engine / “Dağlar”ın fəaliyyəti həm aşınmaya, həm də “qaşınma”ya səbəb olur

“Dağlar”ın fəaliyyəti həm aşınmaya, həm də “qaşınma”ya səbəb olur

“Dağlar”ın fəaliyyəti həm aşınmaya, həm də “qaşınma”ya səbəb olur












“Nə qədər ki, bu obyektin fəaliyyəti dayandırılmayıb, həmin müddət ərzində əxlaqımız da pozulacaq, mənəviyyatımız da tapdaqlar altına atılacaq”

Bakı şəhəri, Binəqədi rayonunun “Baksol” yolu adlanan ərazisində fəaliyyət göstərən və yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılan “Dağlar” əxlaqsızlıq ünvanı haqda dərc etdiyimiz açıqlamalar, ötən günlər ərzində böyük söz-söhbətə səbəb oldu. Çünki, adı çəkilən ünvana sahiblik edən İlqar adlı şəxs həm Azerinfo.az saytının rəhbərini hədələdi, həm də həmin obyektin fəaliyyəti ilə bağlı əksəriyyət narazılığını da ifadə etdi. Ötən açıqlamalarımızda onu da vurğulamışdıq ki, Binəqədi rayonu ərazisində yerləşən “Dağlar” əxlaqsızlıq ünvanı, fəaliyyət imkanlarına görə digər ünvanlardan olduqca fərqlənir. Buna səbəb olan amillərdən ən əsası, həmin obyektdə yaradılan şəraitin varlığıdır.

Tərəfimizdən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, “Dağlar” əxlaqsızlıq ünvanının əsl sahibi Oğuz rayon polis şöbəsini rəisi Tahir Quliyevdir. Məhz, belə bir səbəblər üzündəndir ki, ötən günlərin birində İlqar adlı şəxs Azerinfo.az saytının rəhbərini hədələdi, onun başına minbir oyun açacağını dilinə də gətirdi. Çünki, İlqar adlı şəxsin belə bir arxayınçılıqla danışmasına və media nümayəndəsinə hədə-qorxu gəlməsinə əsas səbəb, onun ona “arxa-dayaq” duran vəzifə sahibinə söykənməsidir. Media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, adı hallanan obyektdə nəinki qadınların cinsi istismarına hər cür şərait yaradılıb, hətta vergidən yayınma halları da baş verir. Orada çalışan işçilərin hər biri ilə obyekt rəhbərliyi arasında əmək müqaviləsinin bağlanmamasının da, özəl səbəbləri var.

Hələ bir müddət bundan əvvəl “Dağlar” əxlaqsızlıq ünvanına yaxın ərazidə yaşayan sakinlərdən bir neçəsi redaksiya əməkdaşımıza bildirib ki, “nə qədər ki, bu obyektin fəaliyyəti dayandırılmayıb, həmin müddət ərzində əxlaqımız da pozulacaq, mənəviyyatımız da tapdaqlar altına atılacaq. Axı, biz yaxın ərazidə yaşayırıq, övlad böyüdürük, oğul-qız tərbiyə edirik. Orada baş verənləri uşaqlarımız eşidib görür.Uşaqlardan elələri var ki, cavan olduqlarından əyri yollara düşürlər və getdikcə tərbiyələri də pozulur. Ümumilikdə elə bir halların varlığı həm cəmiyyətimizin aşınmasına, həm də “qaşınma”sına səbəb olur”.

Bəli, bu cür obyektlərin fəaliyyət göstərmələri qanunla qadağan olunsa da, bəzi vəzifə sahiblərinin belə bir ünvanlara arxa-dayaq durmaları, qanunlarımızın qanuniliyini heçə endirir. Nəticədə nələr baş verir? Baş verən o olur ki, cəmiyyətimizin böyük bir çevrəsi sağalmaz dərdə düşür, əxlaqımız, mənəviyyatımız məhv edilir, kimlərsə minbir xəstəliyin daşıyıcısına çevrilir, ən nəhayət isə, kimlərsə də əldə olunan gəlirlərlə külli miqdarda var-dövlətə sahibi olurlar. Qazanan obyekt sahibi, itirən isə, bütövlükdə millətimiz olur.

P.S. Hörmətli oxucular! Növbəti saylarımızda “Dağlar” əxlaqsızlıq ünvanı haqda daha ətraflı məlumatlar verməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Azerinfo.az
17-12-2016, 12:27
Geri dön