DataLife Engine / Oğuz rayonu polis rəisinin sifarişi yerinə yetirildi

Oğuz rayonu polis rəisinin sifarişi yerinə yetirildi

Oğuz rayonu polis rəisinin  sifarişi yerinə yetirildi











Söz və mətbuat azadlığı hər zaman öz aktuallığın qoruyub, saxlayıb. Həsən bəy Zərdabidən bizə miras qalan mətbuat zaman-zaman represiyalara uğrasada yenə də azad söz üstünlüyünü qoruya bilib. Son zamanlar “ reket” jurnalistlər və “reket “ saytlara qarşı aparılan uğurlu əməliyatlar bir daha sübut etdi ki, hər zaman doğru xəbər üstün olub. Ancaq “reket” jurnalist və “reket” saytlar bu günkü günümüzdə deyil, eyni zamanda da illər əvvəldə mövcut idi. Qısa bir arxiv 2013-cü ilin avqust ayında Quba-Xaçmaz yolunun üstündə “xod “ gedən “Alpançay” kafesi və ya istirahət mərkəzi ətrafında yazılan yazılar yəqin ki, hələ də yaddaşlardan silinməyib. Sonu isə insan alverinə və əxlaqsız yuvasına qədər gedib çıxan “ Alpançay” kafesi.... Hələ o zaman Azərinfo.az saytının rəhbəri İbrahim Qubadoğluna qarşı aparılan şər-böhtan kompaniyası öz layiqli cəzasın almışdı. Baxmayaraq ki, İbrahim Qubadoğlu Quba icra başçısının sözdə mətbuat katibi olan Arifə tərəfindən ölümlə hədələnmişdir.

“Qubada icra başçısının səlahiyyət verdiyi şəxs "killer" çıxdı”

Mətbuatla heç bir əlaqəsi olmayan, mətbuatla işləmək qaydasın bilməyən, peşə etikası və kodeksinə cavab vermiyən bir şəxsin necə mətbuat katibi olmsı belə şübhəlidir? Arifə adlı mətbuat katibi işlədiyi dövrdə Quba və Göyçay icra başçılarını şantaj etməkdən də çəkinməyib. Azərinfo.az saytının rəhbəri İbrahim Qubadoğlunun apardığı uzun mübarizədən sonra haqq öz sözün dedi, ədalət öz yerin tutdu. Quba-Xaçamaz yolunda “ xod” gedən “ Alpançay” istirahət mərkəzində baş verənlər, oranın əxlaqsız yuvası kimi fəaliyyət gösdərməsi sübut olundu. Belə ki, məsələyə dövlət səviyyəsində də aydınlıq gətirildi. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin apardığı uğurlu əməliyyat bir daha buna əyani sübutdur. Hələ, o zaman da bütün KİV- vasitələri də bu məlumatı geniş işıqlandırmışdılar.

“İcarəyə götürdüyü kafeni fahişəxana etdi” DİN-in rəsmi saytının yaydığı məlumat.

Ancaq, qarşıda daha bir mübarizə də var idi o da Azərinfo.az saytını rəhbərinə deyilən şər-böhtan. “Düz əyrini kəsər” belə bir deyim var. Çəkinmədən, heç kimə boyun əymədən, şantajla üz-üzə qalıb mübarizəmizi apardıq. Məhkəmələrdə haqqımızı sübut etdik. Çəkliş aparan Cəmil Məmmədlinin və Zabil Rəsulovun məhkəmə qətnaməsi ilə yazılı şəkildə bizdən üzür istəməsinə dair qərar çıxarıldı. Bizim mübarizəmizdən bir neçə ay sonra , haray-həşirdə öyrəndik ki, bunlardan biri kafe sahibi Rəsulov Zabil Əziz oğlu, digəri isə çəkiliş apara-apara özünü gah “Azadlıq radiosunun muxbiri, gah özünü MNT-in əməkdaşı, gahda ANS-in işçisi” kimi təqdim edərək hərdən bizə savadına və qabiliyyətinə uyğun sual verərək çəkiliş aparan Məmmədli Cəmil Qiyas oğludur.
İllər əvvəl baş vermiş bir olayın bu gün yenidən gündəmə gəlməsi də çox maraqlıdır. Mətbuatda bir nəfərin illər öncə baş verənləri özünəməxsus şəkildə təqdim etməsi isə daha bir “ reket”-çilikdən xəbər verir. Mətbuatda bir nəfərin sifariş əsasında illər öncə bizim şantaj olunaraq “Alpançay” kafesində çəkilib saytlara ötrülən kadrları “Kanal13”ün linkindən montaj olunmamışın qoyulmaması bir çox məsələlərdən xəbər verir. Bəs indi kim, və nə üçün bu məsələni qabartmağı bəzilərinə sifariş edib? Arifə –nin dostu və ya “həqiqqət” carçısı. Sözün əsl mənasında mətbuatla əlaqəsi olmayan, jurnalistikadan bixəbər insanların sayt açaraq orada ancaq şantaj və reketçilik etməsi dəb halındadır. Əgər belə olmasaydı onda bu insanlar bilərdilər ki, məhkəmənin qətnaməsinə əsasən bu materialların yenidən montaj olunaraq verilməsi daha bir şantajdan xəbər verir və buna görə həmin insanlar məsuliyyət daşıyırlar. İbrahim Qubadoğlunun yenidən bu şantajçıların hədəfində olmasına bir sübut daha, 17.12. 2016 - cı il axşam saatlarında İ.Qubadoğlunu telefonu zəng çalır və deyilir ki, bu nömrələ əlaqə saxlanılsın. İbrahim Qubadoğlu nömrəylə əlaqə saxlayır cavab verən xanım adının Arifə olduğunu reportyor.org-un əməkdaşı olduğunu bildirir. Arxası da ki, aydındır. Əgər materiallın yenidən gündəmə gəlməməsi məsələsi, hansı ki, məhkəmə qərarı ilə bu kadırlardan istifadə edilə bilməz. Bəs, onda belə deyilsə Arifə xanıma nə lazımdır. Nəyə əsasən illər öncə baş verən hadisəni yenidən gündəmə gətirirlər. Yəqin ki, bu suallara tezliklə aydınlıq gətiriləcək. Heç bir əsas olmadan istifadəsini qadağa qoyulmuş, hətta silinmiş materialı hansı əsaslarla yenidən gündəmə gətirilər? Bütün bu baş verənlərin bir məqsədi var o da şantaj və reketçilik? Ümüd edirik ki, tezliklə adiyyatı üzrə orqanlar bu məsələyədə hüquq müstəvisində aydınlıq gətirəcəklər. Həmin məhkəmə qətnaməsin və DİN-in məlumatını aşağıda sizə təqdim etməklə qeyd etmək istəyirik ki, azad söz və azad mətbuat hər zaman var. Yaxşı olar ki, bəzi KİV- nümayəndələri materiallardan istifadə edərkən bir daha diqqətlə nəzər salsınlar, sonradan başları ağrımasın. Onlar həm də qanun vericiliyi və məhkəmə qərarını pozmuş olurlar. Bu da müəyyən qaydalarla məsiliyyətə cəlb edilmək deməkdir.

“ Qanun hər zaman şahdır”


Daxili İşlər Nazirliyinin “Alpançay” kafesi ilə bağlı qərarı - BAXIN

Daxili İşlər Nazirliyinin “Alpançay” kafesi ilə bağlı qərarı - BAXIN

Oğuz rayonu polis rəisinin  sifarişi yerinə yetirildi
Oğuz rayonu polis rəisinin  sifarişi yerinə yetirildi





Bu fotoda isə Fikrət Fərhadoğlunun öz saytında "Azerinfo.az" saytının Baş redaktoru İbrahim müəllimi şantaj etdiyi yazı

Oğuz rayonu polis rəisinin  sifarişi yerinə yetirildi
18-12-2016, 06:00
Geri dön