DataLife Engine / “Dağlar”dan dərc olunan tənqidi açıqlamalar, “savaş”a səbəb oldu

“Dağlar”dan dərc olunan tənqidi açıqlamalar, “savaş”a səbəb oldu

“Dağlar”dan dərc olunan tənqidi açıqlamalar, “savaş”a səbəb oldu











Tərəfimizdən apardığımız müəyyən araşdırmalar zamanı o da bəlli oldu ki, Arifə Əliyevanı bu obyektə bağlayan bəzi tellər var

Ötən günlər ərzində dərc etdiyimiz açıqlamalarımızda, Bakı şəhəri, Binəqədi rayonunun “Baksol yolu” adlanan ərazisində fəaliyyət göstərən “Dağlar” əxlaqsızlıq ünvanının qanunsuzluğa söykənən fəaliyyətindən bəhs etmişdik. Yazıb onu da bildirmişdik ki, adı çəkilən ünvanda yaş həddindən asılı olmayaraq qadınlar cinsi istismara məruz qalırlar və bunun üçün hər cür şərait də yaradılıb. Hətta bu azmış kimi, həmin ünvanda vergidən yayınma hallarının baş verməsi, obyektdə çalışan işçilərin hər biri ilə əmək müqaviləsinin bağlanmaması, gigiyenik qaydalara lazımınca əməl olunmaması və s. kimi neqativ amillərin varlığı da, “Dağlar” haqda tənqidi açıqlamaların işıq üzü görməsinə səbəb olur.

Hər kəsdə maraq oyadan hal adı çəkilən obyekti işlədən və arxasında “möhkəm əl” dayanan İlqar adlı şəxsin, ilk günlər Azerinfo.az saytının rəhbərini hədələməsi və az sonra da fikrindən daşınması oldu. Yəqin o, öz-özlüyündə dərk etdi ki, aparıcı xəbər portallarından birinin rəhbərini hədələməklə, hansısa məqsədinə nail ola bilməyəcək. Çünki, onun işlətdiyi və müştəri bolluğu ilə əksər obyektlərdən fərqlənən “Dağlar” da, sübuta yetiriləsi çoxsaylı qanunsuzluqlar var. O da hər kəsə bəllidir ki, bu kimi obyektlərin belə bir yöndə fəaliyyətləri qanunla qadağan olunsa da, təəssüflər olsun ki, hansısa amillərin varlığı bunların yenə də fəaliyyət göstərmələrinə imkanlar açır.

Digər bir məqama da toxunaq ki, əxlaqsızlıq ünvanı adı ilə tanınan obyektlərə hansısa KİV nümayəndələrinin hiayədarlıq etmələri də, çox keçmir ki, müəyyən söz-söhbətlərə səbəb olur. Məsələn, çox keçmədi ki, “Dağlar” əxlaqsızlıq ünvanı haqda dərc etdiyimiz tənqidi açıqlamalarımızdan sonra, həmin obyektin arxasından adı və soyadı ictimaiyyətə bəlli olmayan, danışıqlarında və əməllərində daim “quş buraxan” Reportyor.orq saytının rəhbəri Arifə Əliyeva çıxdı. İlk öncə bizə maraqlı gəldi ki, görəsən bu şəxsi vadar edən səbəb nədir ki, o, belə bir obyektə himayədarlıq etməyə qərar verib. Tərəfimizdən apardığımız müəyyən araşdırmalar zamanı o da bəlli oldu ki, Arifə Əliyevanı bu obyektə bağlayan bəzi tellər var. Odur ki, danışıqlarında və əməllərində daim “quş buraxan” Reportyor.orq saytının rəhbəri, “Dağlar”ın müdafiəsi ilə bağlı olduqca canfəşanlıq edir. Belə bir addımların atılması isə, çox keçmədi ki, tərəflərin bir-birinə “savaş” açmasına səbəb oldu. Amma, olub-keçənləri ayrıd etdikdə və müəyyən təhlilər apardıqda görürük ki, başlanan “savaş” səbəb, “Dağlar” adı ilə tanınan əxlaqsızlıq ünvanının fəaliyyət göstərməsi və adı çəkilən obyektin Oğuz RPŞnin rəisi Tahir Quliyevə məxsus olmasıdır. Deməli, tərəflərin bir-birinə “savaş” açmalarının kökündə, əsas bu faktorun varlığı rol oynayır.

P.S. Hörmətli oxucular! Növbəti açıqlamalarımızda bir çox olaylardan, o cümlədən cənab Tahir Quliyevin tabe olduğu nazirlikdə vəzifə sahibi olan şəxslərdən biri ilə sıx bağlılığından və çoxsaylı oxucularımızı maraqlandıran bəzi məqamlardan da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
21-12-2016, 09:18
Geri dön