DataLife Engine / “Mədinə” tibb mərkəzində “şeytan oyunları”

“Mədinə” tibb mərkəzində “şeytan oyunları”

“Mədinə” tibb mərkəzində “şeytan oyunları”




Üzeyir Əhmədov:“Həmin vaxtlar bir çox şeylərə lazımi diqqət yetirməsəm də, indi mənə agah olur ki, qəbzlərin geri tələb olunmasının da müəyyən səbəbləri var imiş”

Xəbər portalımızın ötən saylarında yazıb bildirmişdik ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi-10 ünvanında fəaliyyət göstərən “Mədinə” tibb mərkəzində hər cür haqsızlığa, minbir oyun qaydalarına qol qoyulur ki, son anda qazanan rəhbərlikdə duranlar, əziyyəti çəkənlər isə sadə vətəndaşlar olurlar. Bunu onunla əsaslandırıb belə bir qənaətə gəlmişik ki, hələ bir müddət bundan əvvəl Bərdə şəhəri M.Nəsibov küçəsi ev-84 ünvanında yaşayan Əhmədov Üzeyir Rəhim oğlu, adı çəkilən tibb mərkəzində oğlunu “autizm” xəstəliyindən müalicə etdirmək istəsə də, o, arzusunu heç cür “çin” edə bilmir. Son anda olmazın oyuna salınır və 6500$ pulu da əlindən alınır.Uzun müddətli mübahisələrdən sonra redaksiyamıza üz tutan Üzeyir Əhmədov onu bildirdi ki, “Mədinə” tibb mərkəzində hər cür oyun qaydaları oynanılır və oyun qaydalarının da başında, birbaşa adı çəkilən klinikada baş həkim vəzifəsini daşıyan Kamran Salayev durur. Yəni, ilk öncə tibb mərkəzinə üz tutan hər kəslə olduqca mehriban, olduqca nəzakətlə davranılır və xəstələrə, yaxud da onların yaxınlarına ümidverici vədlər verilir. Elə ki, vaxt keçdikcə verilən vədlər özünü doğrultmur, o halda qarşı tərəf “burcut”mağa başlayırlar. Bu da onu söyləməyə əsas verir ki, “Mədinə” tibb mərkəzində “şeytan oyunları” əvvəlcədən planlaşdırılır, vaxtı çatanda da oynanılır”.

Şikayətçi Üzeyir Əhmədov onu da vurğulayır ki, “oğlumun müalicəsi ilə bağlı adı çəkilən klinikaya üz tutarkən, Kamran Salayev müalicənin ödənişli əsaslarla baş tutacağını bildirdi. Hətta, o, onu da vurğuladı ki, “əgər övladının müalicəsi effekt verməzsə, o halda ödəniş etdiyin pullar geri qaytarılacaq”. Belə bir səbəb üzündən də, üstüstə klinikanın xəzinəsinə 6500$ pul ödədim. Düzdür, ödənişləri birinci mərtəbədə ödəyirdim, amma oğlumun müalicəsi çox zaman ikinci mərtəbədə həyata keçirilirdi. Aylıq ödənişləri ödədikdən sonra mənə qəbz verilirdi və elə ki, ikinci mərtəbəyə qalxırdım, o halda klinikanın mühafizəçiləri qəbzləri məndən geri tələb edirdi. Həmin vaxtlar bir çox şeylərə lazımi diqqət yetirməsəm də, indi mənə agah olur ki, qəbzlərin geri tələb olunmasının da müəyyən səbəbləri var imiş. Yəni, Kamran Salayev sabah baş verəcək problemlərdən özünü sığortalamaq üçün, əvvəlcədən qabaqlayıcı addımlarını atır. Onu da vurğulayım ki, bəzən elə hallar da olurdu ki, verilmiş qəbzlərin hər birini məndən almağı unudurdular. Belə bir səbəb üzündən də, bu gün məndə təqribən 4-5 qəbz var ki, bu da mənim haqlı danışmağımı tam sübut edir”.

Bugünkü həqiqət ondan ibarət olur ki, ilyarım müddət ərzində övladının müalicəsinə bir neçə min dollar pul xərcləyən, getgələ salınan Üzeyir Əhmədov, son anda adı çəkilən klinikadan kor-peşman ayrılmalı olur. Çünki, Kamran Salayev başda olmaqla digər həkimlərin apardıqları “müalicə”nin və verdikləri vədlərin heç bir nəticəsi olmur. Belə olan halda o, övladının müalicəsini digər ünvanda həyata keçirməyə qərar verir. Çox keçmir ki, başqa bir ünvanda aparılan müalicənin nəticəsi olur. Bu gün isə yaşanan olay ondan ibarətdir ki, Üzeyir Əhmədov vaxtilə ödəniş etdiyi 6500$ pulunu geri qaytara bilmir. Bu şər-böhtan deyil, əsl həqiqətdir. Məhz ona görə ki, onun ödədiyi pullarla bağlı əlində bir neçə qəbzi var. İlyarım müddət ərzində aparılan müalicə heç bir effekt verməyibsə, o halda Üzeyir Əhmədovun ödəniş etdiyi 6500$ pul niyə batmalıdır? Buna səbəb nə ola bilər?

Bu gün olub-keçənlərə diqqət yetiririk, müəyyən təhlilər də aparırıq. Ümumilikdə gəldiyimiz qənaət ondan ibarət olur ki, “Mədinə” tibb mərkəzində “şeytan oyunları” oynanılır və adı hallanan klinikanın rəhbərliyi “atanşik”likliklə də məşğul olur. Atılan belə bir addımlar da, bugünkü Azərbaycan səhiyyəsinə üzqaralığı gətirən, hər kəsin “Mədinə” tibb mərkəzinə qarşı inamsızlıq hissini formalaşdıran bir addım olur. Onu da vurğulayaq ki, yaşanan olayla bağlı bir neçə dəfə tənqidi açıqlama dərc etdik və onu geniş ictimaiyyətin diqqətinə də çatdırdıq. Biz elə düşündük ki, baş həkim vəzifəsini daşıyan Kamran Salayev atdığı addıma hansısa formada peşman olacaq və sadə bir sakinin halal pulunu özünə qaytaracaq. Amma təəssüflər olsun ki, gözləntilərimiz özünü doğrultmadı. İndi isə düşünürük ki, problemin varlığı Səhiyyə Nazirliyi rəsmlərinin diqqətini də cəlb edəcək. Yəqin ki, o halda “Mədinə” tibb mərkəzində Üzeyir Əhmədovun üz-üzə qaldığı problem, başına açılan “şeytan oyunları” ədalətli həllini tapacaq. Gözləyək və izləyək...

Problemin varlığını diqqətdə saxlayacağıq. Qarşı tərəfi də dinləyə bilərik.
26-12-2016, 08:26
Geri dön