Zaqatala meşələri “soyqrım”la üz-üzə qalıb - FOTO + VİDEO

Zaqatala meşələri “soyqrım”la üz-üzə qalıb - FOTO + VİDEO












Buna səbəb, bir müddət bundan əvvəl meşə təsərrüfatına rəhbər təyin olunan cənab İqbal müəllimin iştahasını cilovlaya bilməməsidir

Bu da bir həqiqətdir ki, ətraf mühitin mühafizəsi, onun qorunmasının təşkili, bir sözlə ekoloji tarazlığın təminatı və.s, hər zaman aktuallıq kəsb edən problemlərdən biri olub. Ətraf mühit dedikdə, tam əksəriyyətin nəzərində əsas bir anlam, ucsuz-bucaqsız meşə zolaqlarının varlığı nəzərdə tutulur. Düzdür, bu gün meşə zolaqlarının olduğu rayonlar, iri yaşayış məntəqələri, ayrı-ayrı kəndlər, qəsəbələr əhatə etdikləri ərazilərinin ölçülərinə görə də, bir-birindən fərqlənməkdədirlər. Bəzilərində bir neçə min hektarlıq meşə zolaqları olsa da, bəzilərində isə fərqli göstəricilər mövcuddur. Belə rayonlardan biri də Zaqatala rayonudur ki, bu rayonun meşə zolaqları o qədər böyükdür ki, əksər ağac növlərinin varlığına görə, rayonun adı hal-hazırda dillər əzbəri də olub.
Belə bir göstəriciləri ilə fərqlənən Zaqatalanın meşə təsərrüfatına, bu gün İqbal müəllim adlı şəxsin rəhbərlik etməsi, meşə zolaqlarında əmələ gələn ah-nalənin artmasına da səbəb olmuşdur. Çünki, meşə təsərrüfatını qısa zaman kəsiyində şəxsi gəlir mənbəyi çevirməklə, o, kəsilməsi qadağan olunan ağac növlərinin kəsilməsinə, bu gün lazımi şərait də yaratmaqdadır. Hansısa himayədarına arxalanaraq, rayonun olub-qalan meşə təsərrüfatına qənim kəsilən Iqbal müəllimin, deyəsən bir kimsədən nə qorxacağı, nə də ki, çəkinəcəyi var. Əgər belə olmasaydı rayonun mərkəzi ərazisində, ayrı-ayrı kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində bir neçə irili-xırdalı ağac emalı sexləri fəaliyyət göstərməzdi. Hələ, elə hallar da olur ki, o, kəsilməsi qadağan olunan ağac növlərinin kəsilməsinə şərait də yaradıb, onların qonşu rayonlara, hətta paytaxt Bakıya müəyyən yollarla daşımasını da təşkil edir.

Zaqatala meşələri “soyqrım”la üz-üzə qalıb - FOTO + VİDEO
Bir faktı da qeyd edək ki, Zaqatalanın meşə təsərrüfatında bir neçə meşəbəylik var ki, bu meşəbəyliklər içərisində ən böyüyü Tala meşəbəyliyidir. Meşəbəyliyin sahə rəisinin adı İlqardır və ərazisində yol verilən qırıntılara görə “Arxaban” və “Yoldəvə” dərəliyinin adı, bu gün dillər əzbəridir. Tala meşəbəyliyində 1 saylı dolayın gözətçisi Nəbi adlı şəxsdir. Pirpan və Pərzivam doyayının gözətçisinin də adı İlqar adlı şəxsdir.
Rayonun meşə təsərrüfatında Muğanlı meşəbəyliyi də var ki, həmin ərazinin də sahə rəisi Elman adlı şəxsdir. Bu meşəbəyliyin 6 saylı dolayının gözətçisi Fazil Laçınov, 7 saylı dolayın gözətçisi isə Vaqif Məhərrəmovdur. Əldə etdiyimiz məlumatlara görə, hər iki meşəbəyliyin ərazisindən Axaxlı Zahid adlı şəxsə məxsus taxta sexlərinə mütəmadi olaraq palıd ağacları, kəsilməsi qadağan olunan digər ağac növləri də kəsilərək daşınır. Axaxlı Zahid ləqəbi ilə tanınan şəxsə məxsus, rayonun Tala adlanan ərazisində, Kəbloba qəbristanlığın yaxınlığında taxta sexi, parket sexi, taxta qurutma sexi və.s-nin olduğu bildirilir. Onun təqribən 30-40 ildir ki, bu işlə məşğul olduğunu hər kəs danışır.
Rayonun Car-Qəbizdərə meşəbəyliyinin sahə rəisi isə, Həmzə adlı şəxsdir. Bu meşəbəyliyin 9 dolayı var ki, bunlardan da 6-sı şəhərətrafı əraziləri əhatə edir. 3-çü isə Qəbizdərə-Mazıx ərazisini əhatə edir. Bu 3 dolaydan birinə Abdulməcid, 2-sinə Ramazanın oğlu, 3-nə isə Mahmud adlı şəxs nəzarət edirlər. Yerli mənbə onu da bildirir ki, Ramazan adlı şəxs təqribən 3-4 dəfə 2-ci dolaya nəzarətçi təyin olunmuş və sonradan xüsusi maddə ilə işdən də çıxarılmışdır. İndi isə həmin əraziyə, meşələrin qənimi adını qazanmış Ramazan adlı şəxsin oğlu nəzarət edir.

Zaqatala meşələri “soyqrım”la üz-üzə qalıb - FOTO + VİDEO
Əldə etdiyimiz digər məlumatlara görə, Car-Qəbizdərə meşəbəyliyinin yaxın ərazisində, Tarixlər kəndi ətrafındakı meşə zolaqlarına gözətçi işləyən Rəfayel adlı şəxslə, sahə rəisi olan Həmzə əlbir olaraq, həmin ərazilərdə ki, meşə zolaqlarına “qan” uddurmaqdadırlar. Onu da qeyd edək ki, kəsilən ağaclar Rəfayelə məxsus traktorla və “Ural” markalı maşınla daşınır. Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, onun maşınının nə qeydiyyatı, nə də ki, dövlət nömrə nişanı var. Belə bir halın varlığı ciddi qanunsuzluq əməli olduğundan, problemin araşdırılması hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə bir vəzifə olaraq düşür.
Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi isə, Zelxo Hacı ləqəbi ilə tanınan şəxsdir. O, vaxtilə meşə gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbəri olmuş Razimin vaxtında işdən çıxarılır və onun yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə Zelxo Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə demaqoq adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Əgər belə bir addım atılmazsa, hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı orqanlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər.
Rayondakı mənbəmizin bildirdiyinə görə, Car-Qəbizdərə meşəbəyliyində dolaylardan birində nəzarətçi işləyən Abdulməcidin ərazisində və Muğanlı meşəbəyliyinin 7 saylı dolayında nəzarətçi işləyən Vaqif Məhərrəmovun cavabdeh olduğu ərazilərdə narkotik maddələr də yetişdirilir. Verilən məlumatın nə dərəcədə həqiqət olub-olmaması haqda bir söz deyə bilmərik. Çünki, bu yöndə lazımınca araşdırma apara bilməmişik. Bu məlumatın da araşdırılmasını, yəqin ki, hüquq-mühafizə orqanı əməkdaşları diqqətdə saxlayacaqlar.
Görəsən Zaqatalanın meşə zolaqlarında davam etdirilən “qətliamlar” haqqında, cənab Hüseyn Bağırov məlumatlıdırmı? Əgər məlumatlı deyilsə, o halda çalışacağıq ki, hörmətli İqbal müəllimin qol qoyduğu qanunsuzluqların, bir qədər də ictimailəşdirilməsinə nail olaq. Yoxsa o, bu gün olduğu kimi, sabah da Zaqatala meşələrində “kor atını minib köndələn çapacaq”.
Axı, meşə zolaqlarının qorunması, mühafizəsinin təşkili hər zaman ölkə rəhbərinin də diqqət mərkəzində olub. Hələ, 2010-cu ili hörmətli prezidentimiz İlham Əliyev cənabları “Ekologiya ili” də élan etmişdi. Bu élanetmədən sonra, meşə mühafizəsi və bərpası müəssisələrinə müvafiq tapşırıqlar da verildi ki, ətraf mühütün qorunması istiqamətində diqqəti artırsınlar. Amma, çox təəssüflər olsun ki, verilmiş tapşırığa bir müddət əməl olunduqdan sonra, yenə də ümumi vəziyyət acınacaqlı duruma düşdü.

Zaqatala meşələri “soyqrım”la üz-üzə qalıb - FOTO + VİDEO
Həqiqət naminə onu da qeyd edək ki, ötən müddət ərzində, ölkəboyu ərazilərdə yaşıllıqların məhvinə qol qoyulurdu. Ümumi vəziyyət o qədər azınacaqlı duruma düşmüşdü ki, hətta vaxtilə Nazirlər Kabinetində keçirilən məlum müşavirədə, möhtərəm prezidentimiz yenə də bu mövzuya toxundu. Və birmənalı şəkildə tapşırdı ki, “istisna hallardan başqa, istənilən halda belə bir addımların atılmasına son qoyulmalıdır, ağac kəsilməsinin qarşısı alınmalıdır”. Təkrar belə bir tapşırıq verilsə də, rayondakı mənbəmiz bildirir ki, meşə təsərrüfatının rəhbəri yenə də adət etdiyi vərdişdən əl çəkmir. Yəni, o, imkan düşən kimi meşə zolaqlarını məhv etdirib pul qazanır. Deyəsən bu tapşırıq da, hörmətli İqbal müəllimin vecinə almadığı tapşırıqlardan biridir. Əgər verilmiş tapşırığı o, ciddi qəbul etsəydi, yəqin ki, Zaqatala meşələrində oynadığı “fironluğu”na, heç olmazsa bu gün son qoyardı. Əgər bu gün belə bir olaylara son qoyulmursa və rayona rəhbərlik edən cənab Mübariz Əhmədzadə də baş verənlərə sayğısızlıq göstərirsə, deməli bu “qətliamlar”da onun da hansısa formada məsuliyyəti var.
Dəyərli oxucular!
Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı, hər zaman diqqət mərkəzində duran məsələlərdən biri olub. Odur ki, Zaqatalanın meşə zolaqlarında baş verən olayları, əmələ gələn fəsadları biz bundan sonra da diqqət mərkəzində saxlamağa çalışacağıq. Və növbəti açıqlamalarımızda, rayonun Danaçı, Muxax və Əlabad meşəçiliklərində baş verən qanunsuzluqlardan bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Məlik

Zaqatala meşələri “soyqrım”la üz-üzə qalıb - FOTO + VİDEO



[xfgiven_images]
[xfvalue_images]
[/xfgiven_images] [xfgiven_source][/xfgiven_source]