DataLife Engine / "Müsavatın bu addımı yanlışdır" - Sərdar Cəlaloğlu

"Müsavatın bu addımı yanlışdır" - Sərdar Cəlaloğlu


"Müsavatın bu addımı yanlışdır" - Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Hafta.az-a müsahibəsində parlament seçkilərinə hazırlıqları və digər bu kimi məsələlərlə bağlı danışıb. Azerinfo.az həmin müsahibəni təqdim edir:

- Parlament seçkilərinə hazırlaşırsınızmı?

- Bəli, bu barədə partiya daxilində müzakirələr gedir.

- Seçkilərə Qarabağ bloku ilə qatılacaqsınız?

- Bu sadəcə, bizim Ümid Partiyası ilə birlikdə siyasi blokumuzdur. Ona görə də bunun seçkilərə heç bir aidiyyəti yoxdur. Siyasi blok seçki ilə bağlı yaradılmayıb. Bu baxımdan da seçkilərdə birgə iştirak edib-etməməyimizin blokun varlığına təsiri yoxdur. Eyni zamanda, Ümid Partiyası ilə birlikdə razılaşdırılmış şəkildə seçkilərdə iştirak edəcəyik. Ona görə də məsləhət olsa, “Qarabağ bloku” kimi, yaxud da daha iri blokla seçkilərə qatılacağıq.

- Bir çox partiyalar Məhəmməd Əmin Rəsulzadənin xatirəsini yad etmək üçün 31 yanvar tarixində onun Novxanıdakı büstünü ziyarət edəcəklər. Siz necə, bu ziyarətdə iştirak edəcəksiniz?

- Üçüncü gün bizim partiyadaxili iclasımız olacaq. Bu barədə sabah toplanıb, qərar verəcəyik. Biz adətən Ümid Partiyası ilə birlikdə həmin gün müəyyən tədbirlər keçiririk. Birlikdə hansı qərarı verəcəyiksə, elə də hərəkət olunacaq.

- Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin bloka çevrilməsi prosesində hansı yenilik var?

- Hələlik heç bir yenilik yoxdur. Müzakirələr davam edir. Güman edirəm ki, yaxın zamanlarda bu müzakirələrin nəticəsi bəlli olacaq.

- Müsavat Partiyası bloklara qoşulmayacağını bildirdi. Bunu necə qarşılayırsınız?

- Mənə elə gəlir ki, bu Müsavat Partiyasının öz seçimidir. Ancaq ümumi müxalifət mövqeyi ilə yanaşsaq, yanlış seçimdir.

- AXCP-nin mərkəzə qatılmasını istərdinizmi?

- AXCP-nin bizim bloklarda iştirakı arzuolunmazdır. Çünki onların siyasi yolu bizdən fərqlidir. AXCP xalq hərəkatından sonra meydana çıxan müxalifətçiliyi əsas götürür. Buna görə də onlarla bizim birlikdə olmağımız mümkün deyil.
27-01-2015, 13:54
Geri dön