DataLife Engine / Bərdə şəhərində Silahli Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib. FOTO

Bərdə şəhərində Silahli Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib. FOTO

Azerinfo.TV: Elxan Əhmədov (Redaktor)

Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilən birgə təlim toplantısını Silahli Qüvvələrin Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.
O, "Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmalarin müalicəsində müasir yanaşmalar" mövzusu ilə çıxış edib.
Sonra, Silahli Qüvvələrin Baş reanimatoloqu, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi Vüqar Abdullayevin "Hərbi travmalar zamanı anestezioloji-reanimasyon yardımın təşkili və göstərilməsi xüsusiyyətləri" və Hərbi Tibb Fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı, tibb elmləri namizədi Pərviz Məmmədovun "Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası" mövzusunda çıxışları dinlənilib.

Bərdə şəhərində Silahli Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib. FOTO
Bərdə şəhərində Silahli Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib. FOTO
31-01-2015, 15:26
Geri dön