DataLife Engine / Qarabağ qazisi evində ölü tapıldı

Qarabağ qazisi evində ölü tapıldı

Qarabağ qazisi, "Fəryad" filmindəki baş qəhrəmanın prototipi evində ölü tapıldı

Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən məşhur "Fəryad" filmindəki baş qəhrəmanın prototipi, keçmiş döyüşçü Mehman Hüseynov ötən gecə öz evində ürək çatışmazlığından dünyasını dəyişib.
Bu barədə Modern.az saytına mərhumun döyüşçü dostları məlumat veriblər.
Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində - Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub.
1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsinə Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb.
Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.
Döyüşçü dostları bildiriblər ki, Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində tənha həyat sürürmüş. Elə ötən gecə tənha yaşadığı mənzilində də də vəfat edib. Onun meyitini dostları aşkar ediblər. Belə ki, Qarabağ qazisinin telefon zənglərinə cavab vermədiyini görən dostları polislə onun evinə gəlibnlər, qapını sındırıb, mənzilə daxil olublar. Məlum olub ki, müharibənin od-alovundan keçmiş qazi Mehman Hüseynov mənzilində keçinib...

Allah rəhmət eləsin...
12-05-2015, 15:12
Geri dön