Göyçay, Ağdaş, Sabirabad və Bakıda yanğın hadisələri baş verib
Hadise
Oxunub: 939
1 apr 2016 | 20:29
Göyçayda vətəndaşa məxsus avtomobilin alışması yaşayış evinin də yanmasına səbəb olub. Bakı, Ağdaş və Sabirabadda da yanğın hadisələri qeydə alınıb.
Göyçay, Ağdaş, Sabirabad və Bakıda yanğın hadisələri baş verib
Göyçay rayonunda yanğın hadisəsi baş verib. Hadisə Qaraxıdır kəndində qeydə alınıb. Kənd sakini Əliyar Abdullayevə məxsus ikimərtəbəli, 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 480 kvadratmetr olan evin 56 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən alovdan mühafizə edilib. Hadisə zamanı mənzilin birinci mərtəbəsində dayanmış, ev sahibinə məxsus “VAZ 2106” markalı minik avtomobili də yanaraq yararsız hala düşüb. Məlumata görə, yanğın zamanı ailə üzvləri evdə olmayıblar. Hadisə barədə yanğından mühafizə hissəsinə qonşular məlumat veriblər. İlkin ehtimala görə, evin alt hissəsindəki minik avtomobili qısaqapanma nəticəsində yanıb və alov tədricən evə keçib.

Ağdaş rayonunun Ərəb kəndində vətəndaşa məxsus ümumi sahəsi 320 kv. m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi alovdan mühafizə olunub.

Sabirabad rayonunda da yaşayış evi yanıb. Hadisə rayonun Zəngənə kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli, 4 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyü 80 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-nin DYMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Onların müdaxiləsi nəticəsində alovu ram etmək mümkün olub və evin qalan hissəsi yanğından mühafizə edilib.

Paytaxtda isə avtomobil yanıb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi alışıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən avtomobilin qalan hissəsi alovdan mühafizə olunub. İlkin ehtimala görə, yanğına avtomobilin mühərrikində baş verən qısaqapanma səbəb olub.

kepeztv.az
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...