Ölkədə baş verən ağır qəzalarda 2 nəfər ölüb, 13 nəfər yaralıdır
Hadise
Oxunub: 860
11 apr 2016 | 20:27
Ölkənin müxtəlif ərazilərində ağır yol qəzaları baş verib. Qeydə alınan qəzalarda ölən və xəsarət alanlar var.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xəzər rayonunun Binə qəsəbəsində Bakı sakini Elgün İbrahimov idarə etdiyi “Opel” markalı avtomobillə 60 yaşlı qadını vurub. Nəticədə piyada hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarəedilməsi səbəb olub.

Hacıqabul rayonunda da bənzər hadisə qeydə alınıb. Qarasu kəndində Göyçay rayon sakini Əhməd Nuriyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Rza Abışovu vurub. Nəticədə piyada xəsarət alıb və ətrafdakıların köməyi ilə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Yaralının həyatını xilas etmək mümkün olmayıb. Bu qəzaya da avtomobilin yüksək sürətlə idarə edilməsinin səbəb olduğu ehtimal edilir.

Bu gün Bakı-Quba-Rusiya Federasiyasi yolunun Siyəzən rayonu, Gilgilçay qəsəbəsi ərazisindən keçən hissəsində də yol nəqliyyat hadisəsi baş verib. "VAZ 21 09" markalı avtomobillə yük maşını toqquşub. Nəticədə minik maşınında olan Şabran rayonu, Uzunboyad kənd sakinləri - 39 yaşlı Flora Bağırova, Elnarə Bağırova, Nadya Fərmanova, Rahib Fərmanov, Fidan Bağırova və Minayə Fərmanova xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətləri ağır olan Elnarə, Nadya və Rahib paytaxda yerləşən tibb müəssisələrindən birinə göndəriliblər.
Siyəzən rayonu, Yenikənd kəndi ərazisində isə “VAZ 2106” markalı avtomobil 33 yaşlı Azər Ağayevi vurub. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılan yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Ağdaş rayonunda isə bir ailənin 3 üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 52 yaşlı Nurəddin Həsənovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili yoldan çıxaraq çökək əraziyə aşıb. Nəticədə sürücü, onun iki oğlu - 24 yaşlı Nurlan Həsənov və 26 yaşlı Müşfiq Həsənov ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Goranboyda da ağır yol qəzası baş verib. İki nəfərin xəsarəti ilə nəticələnən hadisə rayonun Bəşirli kəndində qeydə alınıb. “Mercedes” yolun əks istiqaməti ilə hərəkət edən “VAZ 2106” ilə toqquşub. “VAZ”da olan Zamiq Rzayev və 17 yaşlı Rövşən İsmayılov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstələrin vəziyyəti normal qiymətləndirilir.

Şəkidə də yol nəqliyyat hadisəsi baş verib. Vüqar Muxtarlı idarə etdiyi “Pejo” markalı avtomobillə 78 yaşlı Şəki sakini Nəsibə Əliyevanı vurub. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra zərərçəkən evə buraxılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

kepeztv.az
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR