Gəncədə baş verən yol qəzaları müxtəlif xəsarətlərə yol açdı
Hadise
Oxunub: 1 562
20 apr 2016 | 14:22
Gəncədə iki yol qəzası baş verib. Hadisələrdən birində 3 avtomobil toqquşub, digərində isə 2 nəfər yaralanaraq xəstəxanalıq olub.
Gəncədə baş verən yol qəzaları müxtəlif xəsarətlərə yol açdı
Bu gecə saat 00:30 radələrində Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində yol qəza hadisəsi baş verib. Zülfü Hacıyev küçəsi istiqamətində hərəkətdə olan, Gəncə sakini Fuad Ələsgərovun idarə etdiyi "NİVA" markalı avtomobillə qarşı tərəfdən gələn, şəhər sakini Tural Murğuzovun sükanı arxasında əyləşdiyi "Mercedes" toqquşub. Zərbənin təsirindən "NİVA" yolun kənarında dayanan Gəncə sakini Hamlet Məmmədova məxsus “VAZ 2107”-ə çırpılıb. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə, zəncirvari yol- nəqliyyat hadisəsinə sürücülərdən birinin digərinin yoluna çıxması səbəb olub.

Səhər saat 06:00 radələrində Gəncə-Şəmkir yolunun birinci kilometrliyində də yol qəzası baş verib. Samux sakini 34 yaşlı Orxan Qasımov idarə etdiyi "Mercedes" markalı avtomobillə Şəmkirdən Gəncə istiqamətinə yüksək sürətlə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpıb. Zərbənin təsirindən maşın ağacdan bir neçə metr aralıda yerləşən obyektə dəyib. Nəticədə sürücü və onun bir sərnişini Gəncə sakini 24 yaşlı Yasin Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yararsız hala düşən avtomobildən yaralılar çətinliklə çıxarılaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Sürücünün vəziyyəti ağır olduğundan ixtisaslaşmış xəstəxanaya göndərilib. Sərnişinə isə tibbi yardım göstərilib və sonrakı müalicə üçün palataya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Məharət Kərimov- həkim: “Avtoqəza nəticəsində şöbəmizə bir nəfər xəstə gətirilib. Gəncə sakini 1992-ci il təvəllüdlü Məmmədov Yasin Eldar oğlunun bel fəqərələrində müxtəlif xəsarətlər var. İlkin yardım göstərilib və stasionara qəbul olunub”.

Faktlarla bağlı araşdırma aparılır.

kepeztv/az
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"