Ali məktəbə hazırlaşan qız özünü asdı
Hadise
Oxunub: 956
29 apr 2016 | 19:46
Ağcabədi rayonunda 17 yaşlı qızın intihar etməsinin səbəbləri ilə bağlı ilkin ehtimallar bəlli olub. Özünü asan Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Ülkər Ələmdar qızı Quliyevanın əmisi Əfqan Quliyev ANS PRESS-ə açıqlama verərək bildirdi ki, qardaşı qızının özünü asması gözlənilməz olub.

“Qardaşım qızı ilə sonuncu dəfə onu dərsdən çıxanda gördüm. O, evə getməyib. Dərs vaxtının bitməsinə baxmayaraq Ülkərin evə gəlmədiyini görən valideynləri narahat olublar və məktəbə gediblər. Məktəbin qapısının bağlı, dərslərin qurtardığını gördükdə isə onu axtarmağa başlayıblar. Sonda onun pay torpaq sahəsində asılmış meyitini tapıblar. Qardaşımın qızı evə yox, dərsdən çıxıb məhz həmin torpaq sahəsinə gedib və orada canına qıyıb”.

Ə. Quliyev Ülkərin intiharına ehtimal kimi, onun sınaq imtahanından az bal toplamasının ola biləcəyini deyir: “Mərhum 4 il idi ki, ali məktəbə hazırlaşırdı. Son sınaq imtahanında təxminən 350 bal toplamışdı və bu, onu narahat edirdi. Buna görə, narahat olurdu. Ola bilər ki, Ülkər məhz buna görə özünü öldürüb. Oxuduğu məktəblə də maraqlanmışıq. Heç bir problem olmadığını dedilər”.

Bildirilib ki, Ülkər Quliyeva iki qardaşın tək bacısı olub.

***

Günün ikinci intiharı Ağcabədi rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Ülkər Ələmdar qızı Quliyeva özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onu asılmış vəziyyətdə ailə üzvləri aşkar ediblər.

Mərhumun hansı səbəbdən canına qəsd etdiyi hələlik məlum deyil. Kənd məktəbinin 11-ci sinif şagirdi olan Ülkər ali məktəbə hazırlaşırmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

İki həftə əvvəl də Sabirabad rayonunda 11-ci sinif şagirdi intihar edib. Rayonun Qalağayın kənd sakini, 1999-cu il təvəllüdlü Hacıxanım Mustafa qızı Mehdizadə özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. 17 yaşlı qızın valideynləri hüquq-mühafizə orqanlarına hadisəyə səbəb kimi Hacıxanımın sınaq imtahanında istədiyi balı toplamadığını, buna görə intihar etdiyini bildiriblər. Mərhumun əlaqə saxladığımız qohumları da bildirdilər ki, H. Mehdizadə kənd məktəbinin 11-ci sinif şagirdi idi və universitetə hazırlaşırdı: "Bir neçə gün əvvəl ilk sınaq imtahanına girdi və cavablar məlum olarkən aşağı bal yığdığını öyrəndi. Buna görə çox məyus oldu. Düşünürük ki, intiharının səbəbi də məhz budur. Çünki onun başqa problemi yox idi", - deyə qohumları bildirmişdilər.
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir