Azərbaycandan Məşhədə gedən zəvvar avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var
Hadise
Oxunub: 1 559
13 okt 2014 | 15:35
Azərbaycandan Məşhədə gedən zəvvar avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar varBu gün Ələt Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Azərbaycandan Məşhədə gedən zəvvar avtobusu qəzaya uğrayıb. 3 nəfərin ölümü, 9 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol qəzasına sürücünün yatması səbəb olub.
Hadisə bu gün səhər saatlarında Ələt-Astra magistralının 91-ci km-də, yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Avtobusda olan sərnişinlərin əksəriyyəti Neftçala rayonunun Xıllı qəsəbəsindən Məşhəd ziyarətinə gedən zəvvarlar olub. İran İslam respublikası vətəndaşı Fajir Nağı oğlu Fariborun idarə etdiyi iritutumlu sərnişin avtobusu sözügedən ərazidə sərt döngədə anidən idarəetməni itirib və aşaraq yol kənarına düşüb. Nəticədə aşan avtobus ciddi zədələnərək yararsız hala düşüb.
Qəza nəticəsində Neftçalanın Xıllı qəsəbəsi sakinləri-53 yaşlı Afət Məhərrəmov, 55 yaşlı Elşad Məmmədov və 62 yaşlı Təbib Məmmədov hadisə yerindəcə keçinib. 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın baş vermə səbəbinə gəlincə isə, hadisənin sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

kepeztv.az
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi