Qaxda bədbəxt hadisə ikincisinin baş verməsi ilə nəticələnib: 1 nəfər ölüb
Hadise
Oxunub: 1 380
13 okt 2014 | 15:33
Qaxda bədbəxt hadisə ikincisinin baş verməsi ilə nəticələnib: 1 nəfər ölübÖtən gün axşam saatlarında Qax rayonunda bədbəxt hadisə baş verib. Hadisə zamanı vətəndaşa məxsus mal tövləsi yanıb. Yanğın hadisəsini söndürməyə tələsən yanğınsöndürənlər isə qəzaya uğrayıb. Nəticədə bir nəfər dünyasını dəyişib.

Yanğın hadisəsi rayonun Turaclı kəndində qeydə alınıb. Yanğın zamanı Kənd sakini Nuru Abdulaşviliyə məxsus ümumi sahəsi 24 kvadratmetr olan mal tövləsi, içərisindəki otla birlikdə yanıb. Yanğın yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Məlumatlara görə, yanğın zamanı tövlənin dam örtüyü təmamilə yanaraq içəridə olan otun üzərinə düşüb. Nəticədə içəridə olan 3 ton ot da yanıb. Tövlədə olan 3 baş iribuynuzlu heyvan heç bir zərər görmədən tövlədən çıxarılıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Həyətdə olan yaşayış evi yanğından mühafizə olunub.

Hadisə yerinə tələsən yanğınsöndürənlərin bir qrupu isə bədbəxt hadisə ilə üzləşib. Belə ki, yanğın yerinə tələsən FHN əməkdaşları Qax-Qorağan yolunun Alatəmir kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayıb. Qəza zamanı Qax şəhər sakini Samir Babayevin idarə etdiyi Qax Yanğından Mühafizə Hissəsinin "KAMAZ" markalı yanğınsöndürən avtomobili, qarşı tərəfdən gələn Zaqatala rayon Aşağı-Tala kənd sakini Tərlan Şabanovun idarə etdiyi "OPEL" markalı minik avtomobili ilə toqquşub. Zərbənin gücündən idarəetməni itirən yanğınsöndürən maşın, 50-60 metr irəlidə yol kənarındakı ağacların bir-neçəsini qıraraq dayanıb. Qəza nəticəsində yanğınsöndürən maşında olan 7 nəfərdən 4-ü Qax şəhər sakinləri 41 yaşlı Bayram Mütəllibov, 22 yaşlı Nicat Qədirov, 24 yaşlı Vasif Turacov, 27 yaşlı Elsəvər Məmmədov, Samir Babayev və minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

kepeztv.az
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"