30-07-2016, 07:36 Oxunub: 772

İmişlidə qəza: Ölən və yaralanan var

İmişlidə qəza: Ölən və yaralanan var








Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır

İmişlidə üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə İmişli şəhəri H.Əliyev prospektində baş verib.

Baş verən zəncirvari qəzada İmişli rayonu Aranlı kənd sakini, 1992-ci il təvəllüdlü Babaşov Tacir Azər oğlu, Beyləqan sakini, 1992-ci il təvəllüdlü Ansurov Vüqar Vüqar oğlu, İmişli rayonu Otuziki kənd sakini, 1989-cu il təvəllüdlü Muradov Elvin Etibar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

“Mercedes” markalı avtomobilin sürücüsü İmişli rayon sakini, Quliyev Arif Zaur oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.
İmişlidə iki polisin üstünə şlaqbaum aşdı İmişlidə iki polisin üstünə şlaqbaum aşdı Bolge Sabirabadda iki avtomobil toqquşub, bir ailənin beş üzvü xəsarət alıb - Foto Sabirabadda iki avtomobil toqquşub, bir ailənin beş üzvü xəsarət alıb - Foto Hadise İmişlidə “MTN-nin xüsusi agenti” həbs edildi İmişlidə “MTN-nin xüsusi agenti” həbs edildi Hadise Ölkə yolları növbəti avtoqəzalara şahidlik etdi Ölkə yolları növbəti avtoqəzalara şahidlik etdi Hadise İmişlidə iki maşın toqquşub, ölən və xəsarət alanlar var İmişlidə iki maşın toqquşub, ölən və xəsarət alanlar var Hadise