1-08-2016, 07:53 Oxunub: 572

Bakı-Nabran avtobusunda partlayış

Bakı-Nabran avtobusunda partlayış









Xəsarət alanlar var

Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.

“Report”-un verdiyi məlumata görə, Bakıdan Nabrana gedən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.

Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.
Tərtərdə partlayış: 8 yaşlı uşaq xəsarət alıb Tərtərdə partlayış: 8 yaşlı uşaq xəsarət alıb Bolge İstanbulda avtobus dayanacağında partlayış baş verib İstanbulda avtobus dayanacağında partlayış baş verib Dunya Şəmkirdə mənzildə partlayış baş verib, 1 nəfər xəsarət alıb – Yenilənib - Foto Şəmkirdə mənzildə partlayış baş verib, 1 nəfər xəsarət alıb – Yenilənib - Foto Hadise Ölkənin müxtəlif regionlarında yanğınlar baş verib, ölən və xəsarət alanlar var Ölkənin müxtəlif regionlarında yanğınlar baş verib, ölən və xəsarət alanlar var Hadise İmişlidə iki maşın toqquşub, ölən və xəsarət alanlar var İmişlidə iki maşın toqquşub, ölən və xəsarət alanlar var Hadise