Aldadıb təşəkkür məktubu yazdırdılar... - İndi də problemi olduğu kimi qalır...
Hadise
Oxunub: 830
3 avq 2016 | 09:28
Aldadıb təşəkkür məktubu yazdırdılar... - İndi də problemi olduğu kimi qalır...









Gəncə şəhər sakini Fariz Hafiz oğlu Qocayev Azərbaycan prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib.

Fariz Qocayev müraciətində bildirir ki, 30 iyun 2014 cü ildə də atası Hafiz Qocayevin maddi vəziyyətinin ağır olması, müflis vəziyyətinə düşməsi, evlərinin satılması, acınacaqlı şəratidə yaşamaları barədə dövlət başçısına müraciət edib:

"Həmin müraciətimdən sonra Gəncə şəhər icra hakimiyyətinin başcısı Elmar Vəliyev atamı və məni icra hakimiyyətinə dəvət etdi.Elmar Vəliyev atama vəd verdi ki, səni münasib işlə təmin edəcəm və oğlunun müalicəsinə lazımi köməklikləri göstərəcəyəm.

Atam Hafiz Qocayev də icra başçısının sözlərinə inanaraq, icra hakimiyyəti işcilərinin diqtəsi ilə, möhtərəm prezidentimiz İlham Əliyevə minnətdarlıq məktubunu problemimiz həllini tapmazdan öncə yazdı. Lakin məktub yazılandan sonra, Gəncə Şəhər İcra Hakimiyyətində mənə və atama verilən sözün bu günə kimi heç birinə əməl edilməyib”.

Bundan sonra Fariz Qocayev və atası Hafiz Qocayev yenidən dövlət başçısına və Heydər Əliyev Fonduna çoxsaylı müraciətlər yazıblar. Lakin müraciətləri baxılmamış qalıb:

"Ailəmizdə heç kim işləmir, kirayə pulunun ödənilməsinə yaxın qohumlarımız məhdud imkanları daxilində köməklik göstərirlər.

Diqqətinizə çatdırıram ki, mənim nitqimdə problemlər var və eşitmə qüsurluyam. Nitqimin açılması üçün loqopedə ehtiyac duysam da, maddi imkansızlıq səbəbindən, ailəmiz bu problemin də həllində aciz qalıb”.

Müraciət müəllifi bildirir ki, ailələrinin müflis vəziyyətinə düşməsinə səbəb onun xəstəliyidir:

"Cənab Prezident! Hörmətli Mehriban xanım!

Sizə təkrarən müraciət etməyim, ailəmizin çıxılmaz durumda olması, qardaşımın maddi imkansızlıqdan təhsilini davam etdirə bilməməsi, ailəmin mənim müalicə xərclərimi ödəyə bilməməsindən qaynaqlanır. Kirayədə yaşadığımız evin aylıq pulunu belə verməkdə çətinlik çəkdiyimizi, atamın heç bir yerdə işləmədiyini nəzərə alaraq ailəmizə köməklik etmənizi Sizdən övladınız kimi xahiş edirəm!

Möhtərəm Prezident!

Siz dəfələrlə şəhid ailələrini, Qarabağ qazilərini, veteranları qəbul edib dinləmisiniz, onlara lazımi köməkliklər göstərmisiniz. Sizdən xahiş edirəm, ikinci qrup əlil kimi bizim ailəmizi də qəbul edib, işsizlik və digər problemlərimizin həllində bizə köməklik göstərəsiniz.

Həmişə xalqın problemləri ilə yaxından maraqlanan, onun həllinə var gücü ilə çalışan, xalq tərəfindən sevilən bir rəhbər kimi Sizə inamımız böyükdür.

İnanıram ki, bu müraciətimdən sonra bizim ailəmizi üzləşdiyimiz sosial fəlakətdən xilas edərək lazımi köməkliklər göstərib, problemimizin həllini digər mənbələrdə, ölkə xaricində axtarmaqdan xilas edəcəksiniz.

Sizə böyük ehtiramla, Gəncə şəhərində kirayədə yaşayan 2-ci qrup əlil Qocayev Fariz Hafiz oğlu.Telefon: 050-232-09-02”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE