''Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı...'' - BAKIDA TƏCAVÜZ OLUNAN QADIN
Hadise
Oxunub: 2 362
29 avq 2016 | 05:08
''Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı...'' - BAKIDA TƏCAVÜZ OLUNAN QADIN









'Axşam idi, hamama girdim çimmək üçün. Qəflətən bir kişi sinəmə əl atdı. Baxıb gördüm ki, qonşum və qohumum Əhlimandı. Qışqırıb köməyə adam çağırdım, ancaq o məni zorlamaq istəyirdi''. Bu sözləri Criminal.az saytına açıqlamasında Bakının Qaradağ rayonu ərazisində qohumu tərəfindən təcavüzə məruz qalan 30 yaşlı F.M-yeva deyib.

Qobustan qəsəbəsi, Şıxlar kəndində yaşayan zərərçəkmişin sözlərinə görə, hadisə bu il aprelin 27-də yaşadığı evin həyətindəki hamamda baş verib: ''Gecə idi, hardasa saat 11 olardı. Hamama girdim. Soyunmaq istəyirdim ki, qəflətən Əhliman Qasımov içərigirib mənə əl-qol atdı. Sinəmə əl atırdı. Qışqırıb yoldaşımı çağırdım, heç kim köməyə gəlmədi. Sonra mənə pis-pis təkliflər etməyə başladı. Mən etiraz edəndə başladı zorla etməyə. Mən hamamda əlimə birdəfəlik istifadə olunan üzqırxan keçdi. Götrüb Əhlimanın üzünə çəkdim. Qanadığını görəndən sonra məndən əl çəkdi''.

Şikayətçi deyir ki, hadisə baş verən vaxta kimi Ə.Qasımovdan hansısa şübhəli hərəkət hiss etməyib.

Hadisə ilə bağlı Qaradağ rayon prokurorluğundan istintaq aparılsa da, şikayətçi müstəntiq İlyas Hüseynovun işindən narazılıq etdi: ''Müstənit məndən evin sənədlərini istəyir. Hamamın hansı həyətdə olmasını sörüşür. Öz həyətimdə, öz hamımda baş verib hadisə. Evin sənədlərinin bu məsələyə nə aidiyyəti var?''.

Müstəntiq İ.Hüseynov Criminal.az saytına açıqlamasında bildirdi ki, hazırda F.M-yevanın işi ilə bağlı istintaq davam etdirilir. Ə.Qasımov artıq həbs edilib. İşin gedişində zərərçəkmiş tərəfi narazı salacaq heç bir hal yoxdur. Sadəcə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,149-cu (zorlamaya cəhd) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişdən evin sənədlərinin tələb edilməsi isə sırf işin gedişi ilə bağlıdır.

Müsətəntiqin sözlərinə görə, sənədlər mənzil toxunulmazlığı hüququ ilə bağlıdır. Çünki Ə.Qasımov başqasının mənzilinə girərək qadına təcavüz etmək istəyib. Ona görə də cinayət işinə Cinayət Məcəlləsinin 157-ci maddəsinin də əlavə edilməsi mümkündür. Bu isə sırf zərərçəkmiş tərəfin xeyrinə olan bir haldır.

İ.Hüseynov əlavə etdi ki, zərərçəkmiş tərəfin hüquqlarını vəkil Şəfiqə Axundova qoruyur. Ondan order tələb etsək də verməkdən imtina etdi. Sonradan məlum oldu ki, onun fəaliyyəti Vəkillər Kolegiyası tərəfindən 6 ay müddətinə dayandırılıb.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...