20-09-2016, 08:42 Oxunub: 838

“28 Mall”da maraqlı oğurluq – VİDEO

“28 Mall”da maraqlı oğurluq – VİDEO








“28 Mall” ticarət mərkəzidə yerləşən geyim mağazalarının birində oğurluq hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə barədə mağazanın satıcısı öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, sentyabrın 14-də iki qadın uşaq geyimləri mağazasına girərək oğurluq edib:

“İki qadın uşaqları ilə birgə bizim mağazaya girərək, övladları üçün oğurluq edib. Onlar xüsusi cihaz vasitəsi ilə geyimlərin üzərindən maqniti çıxarıblar. Oğurluq hadisəsi olduqca “səliqəli” və “təmiz” həyata keçirilib. Hətta paltarların asılqanları belə oğurlanıb...”.

Satıcı oğru qadınlara müraciət edərək bildirib ki, uşaqların geyimlərini öz ciblərindən ödəməli olublar.

“Sənin uşağının məktəb geyimlərini biz öz cibimizdən ödəməli olduq. Üç geyimə 355 manat!”


"http://baku.ws/video2/v.php?v=569095"
Bakıda gülünc oğurluq — Protezini apardılar Bakıda gülünc oğurluq — Protezini apardılar Hadise “Sədərək”də 100 min manatlıq oğurluq “Sədərək”də 100 min manatlıq oğurluq Hadise Mingəçevirdə oğurluq hadisəsi baş verib - Foto Mingəçevirdə oğurluq hadisəsi baş verib - Foto Kriminal Bakı və Qubada oğurluq hadisələri törədilib Bakı və Qubada oğurluq hadisələri törədilib Kriminal Gürcülərdən görünməmiş oğurluq Gürcülərdən görünməmiş oğurluq Dunya