24-09-2016, 07:44 Oxunub: 538

Xanım sürücü mühafizəçini ölümcül döydürdü - Bakıda şok olay

Xanım sürücü mühafizəçini ölümcül döydürdü - Bakıda şok olay







Bakının mərkəzində yaşayış kompleksinin mühafizəçisi ölümcül döyülüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, dünən saat 16.30 radələrində "Abşeron" mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınıb.

Məlumata görə, cavan xanım sürücü idarə etdiyi '-- -- 003' dövlət nömrə nişanlı son model 'Range Rover' markalı avtomobili park etmək istəyib. Yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib.

Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib.

Az sonra qara 'AA' dövlət nömrə nişanlı 'Mercedes' markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər.

Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb. (criminal.az)
Göyçay, Ağdaş, Sabirabad və Bakıda yanğın hadisələri baş verib Göyçay, Ağdaş, Sabirabad və Bakıda yanğın hadisələri baş verib Hadise “Sədərək” rəhbərinin mühafizəçisi öldürüldü “Sədərək” rəhbərinin mühafizəçisi öldürüldü Hadise Bakıda 10 maşın toqquşub, ölən var – FOTO Bakıda 10 maşın toqquşub, ölən var – FOTO Hadise Qazaxda yük maşını bulaqdan atla su gətirən yerli sakini ölümcül vurub Qazaxda yük maşını bulaqdan atla su gətirən yerli sakini ölümcül vurub Hadise Bakının mərkəzindəki masaj salonunda mühafizəçini döydülər Bakının mərkəzindəki masaj salonunda mühafizəçini döydülər Hadise