15 nəfərin öldüyü dəhşətli yanğınla bağlı şok ifadə: "MTN bizdən 300 min istədi"
Hadise
Oxunub: 873
24 okt 2016 | 17:04
15 nəfərin öldüyü dəhşətli yanğınla bağlı şok ifadə: "MTN bizdən 300 min istədi"











Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "QlobalStone” MMC baş direktoru olmuş Ələkbər Əsgərov ifadə verib. O, ifadəsində faciədə ölənlərin ailələrinə baş sağlığı verib. Təqsirləndirilən şəxs bildirib ki, günahsız yerə 1 il 6 aydır ailəsindən, cəmiyyətdən təcrid olunub: "Nədə təqsirləndirildiyimin, burda olmağımın səbəbi mənə aydın deyil. Mənə ifadə vermək çox çətindir. Miryusif Mahmudovun təklifi ilə fəaliyyətə başladıq. Müəssisənin bütün ehtiyatlarının planlanması sistemini qurdum. Şirkət beynəlxalq nüfuzlu şirkətlərlə birlikdə əməkdaşlığa başlamaq üçün bizə imkan yaradırdı".

Təqsirləndirilən şəxs yanğın günü heç nədən xəbərin olmadığını deyib: "Yanğın baş verən zaman həmin yerə gedəndə tıxaca düşdük. Yollar bağlanmışdı. Ofisə qayıtdıq. Ofisə çatanda MTN əməkdaşları içəridəydi. Kompüterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokurorluq əməkdaşları ofisə gəldi. Mən onlarla birlikdə getdim. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev otağa gəldi. Dedi ki, Xətaidə baş verən yanğından sonra rəy hazırlanır. Həmin işlərdə rəy hazırlanması keçmiş MTN-ə tapşırılmışdı. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etmək üçün pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi.

Dedi ki, verməsək nə olacaq? Miryusif Mahmudov əlavə etdi ki, bizim gördüyümüz işlər göz qabağındadır". Digər təqsirləndirilən Uğur Bəşirov ifadə verib. O bildirib ki, 2013-cü ilin iyun ayında "Global Stone" MMC-də direktor kimi işə başlayıb: "Yanğın hadisəsi olan günün sabahı prokurorluğa çağırılıb ifadə verdim. Həmin günün axşamı məni həbs elədilər. Ondan sonra da məndən heç nə soruşmadılar. Yanan bina üçün materiallar hazırlanarkən və göndərilərkən şirkətdə işləmirdim, həmin binaya heç bir aidiyyatım olmayıb. İndi mənə məlum deyil ki, məni niyə həbs ediblər. Fikirləşirdim ki, yaxın vaxta məni azad edərlər. Sonra sanksiyaya aparıb Kürdəxanıya göndərdilər. 1 il mənə heç bir sual vermədilər. Sanki varlığımı unutmuşdular. Hərdən gəlib hansısa sənədə qol çəkdirirdilər. Hər dəfə soruşurdum ki, məni hansı səbəbə görə həbs etmisiz. Amma cavabsız qoyurdular. Vəkilim Cavid Rzazadə istintaqa da, məhkəməyə də binanın üzlənməsi tarixlərini əks etdirən fotoları təqdim edib, lakin heç biri tədqiq edilməyib". Prosesdə fasilə elan edilib. Məhkəmən günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

///Lent.az
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb