Bakıda bina 18 metr sürüşdü, sakinlər küçədə gecələyirlər - YENİLƏNİB - FOTO
Hadise
Oxunub: 869
17 noy 2016 | 06:47
Bakıda bina 18 metr sürüşdü, sakinlər küçədə gecələyirlər - YENİLƏNİB - FOTO









"Mən hazırda evimin qapısını bağlamışam, ailəvi olaraq qızımgilə köçmüşük. Burada yaşamaq mümkün deyil".

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Xətai rayonu, Gəncə prospekti 20 A ünvanında yaşayan məcburi köçkünlər binalarının qəzalı vəziyyəti ilə bağlı aksiya keçirmişdilər. Rayon İcra nümayəndələri də hadisəylə bağlı açıqlamalarında binanın həqiqətən də qəzalı vəziyyətdə olduğunu təsdiqləmişdilər.

Məsələylə bağlı "Qafqazinfo"nun əməkdaşları da hadisə yerində olub. Sakinlər bildirib ki, 6 ildən çoxdur, müxtəlif qurumlardan gəlib baxıb gedirlər, ancaq hər hansı bir tədbir görülmür:

"Bəlkə də, binada saysanız, heç 50 ailə qalıb, ya qalmayıb, hamı bir yer tapıb köçməyə çalışır. Gecə qohum evində qalırlar, gündüz gəlib pal-paltarını yığıb gedirlər. Divarlar tamam aralanıb, balkondan başımıza əl boyda daşlar düşür. Bir gün balkonlar başımıza düşəcək. Hər həftə 2-3 dəfə maşınlara yığışıb şikayətə gedirik. Artıq yazmadığımız qurum qalmayıb. Uşaqdır, deyirsən, getmə, gedir. Biri üstdən yıxılıb başı tamam yarılmışdı, kapron qoydurdular".

Sakinlərin sözlərinə görə, bina 11 metr qarşıya sürüşüb və 2 metr də bir tərəfə əyilib. Mənzillərin kanalizasiya suları da elə zirzəmiyə axır. Bu səbəbdən də, birinci və ikinci mərtəbələrdə nəmişlik və üfunət iyindən dayanmaq olmur:

"Əvvəl kanalizasiya tamam küçəyə axırdı. Tamam xəstəlik idi. Birtəhər pul düzəldib, buranı qazıb suyu boru ilə aparmışıq. Məhəlləyə girmək olmurdu. Birinci mərtəbələrdə iydən, qoxudan yaşamaq olmur. İnanırsız, çaydanı qızdırıcının üstünə qoyursan, yana doğru sürüşür. Artıq müraciət edə biləcəyimiz yer qalmayıb. Gözləyirlər ki, bina bir gün başımıza aşsın, sonra nəsə etsinlər".

----------

09:35

"Qəfildən bina silkələndi, elə bildik ki, zəlzələ oldu. Hamı uşaqları götürüb həyətə qaçdı. Baxdıq ki, binanın arxası uçub. İndi 3 gündür küçədə gecələyirik. Növbəti sürüşmədə bina tamamilə yerlə yeksan olacaq". Bunu Gülbəniz Məmmədova deyir.

...Noyabrın 14-də gecə saatlarında Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı qəzalı binada uçqun olub. Elə həmin gecə sakinlər metronun "Əhmədli" stansiyasına gedən yolu bağlamaqla etiraz aksiyası keçiriblər. Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb, problemin həlli üçün çalışacaqlarını deyiblər.

Milli.Az xəbər verir ki, virtualaz.org saytı həmin binaya baş çəkib, gözdən uzaq, könüldən iraq düşmüş ailələrinin dəhşətli durumu ilə tanış olub.

Son 4-5 ildə bina 18 metr sürüşüb. Birinci mərtəbədən sonuncu mərtəbəyə qədər çatlar yaranıb, hətta çatlar o qədər dərindir ki, qonşu qonşunun evini görə bilir. Hazırda bu binada 105-i qaçqın ailəsi olmaqla 150-yə yaxın ailə yaşayır.

Birinci mərtəbədə yaşayan hər ailənin təxminən 15 kvadratmetrlik bir otağı var. Taxta qapısı, pəncərəsi olan bu otaqların sakinləri yuxarı mərtəbələrdə və binanın damında yaşayanlardan daha şanslıdır. Baxmayaraq ki, bu mərtəbədə nə hamam var, nə də ayaqyolu.

"12-ci mərtəbə ucalandan sonra binada qaçqınlar məskunlaşıblar. Sürüşmə nəticəsində sonuncu 3 mərtəbə uçub, beton dirəklər binanın arxasına tökülüb. İndi yalnız 9 mərtəbəsində yaşayış var", - Arif Əliyev adlı sakin deyir.

Uçulub-dağılmış 10-cu mərtəbədə künclərdə qapısız-pəncərəsiz "ev" qurublar. Axşamlar pərdə qapıları aralayıb yatır, səhər pərdə qapıları örtüb geyinirlər. Taxtadan tikilmiş ayaqyolunun da qapısı pərdədəndir.

Füzuli rayonundan olan məcburi köçkün Namiq Əliyevin də 4 nəfərlik ailəsi beton dirəklərin əhatəsində taxtadan tikilmiş balaca evdə yaşayır. Ən dəhşətlisi isə odur ki, damın ətrafı hasarlanmayıb, böyüklərlə bərabər, uşaqların da həyatı təhlükədədir. "Qorxumuzdan gecələr rahat yata bilmirik. Hamı bir can borcludur, amma uşaqlara hər an nə isə ola biləcəyini düşünə-düşünə yaşamaq ölümdən də betərdir", - sakinlərdən biri deyir.

Binanın kanalizasiya sistemi yoxdur, çirkab birbaşa zirzəmiyə axır. Buna görə də üfunət yola qədər yayılıb. Nəmişlikdən 8-ci mərtəbəni ot basıb. Ağdamdan olan məcburi köçkün Səmayə xala deyir ki, siçovulların əlindən evə ərzaq ala bilmirlər. "Bir də görürsən ki, masanın üstündəki çörəyi didir. Uşaqlar qorxudan xəstəlik tapıblar. Suyu, işığı özümüz çəkdirmişik, amma kanalizasiya sistemi çəkdirmək mümkün deyil".

Binanın hər an uça biləcəyindən qorxanlar elə həyətdəcə kərpicdən, taxtadan, dəmirdən "ev" tikib gecələyirlər. Məsələn, Laçın rayonundan qaçqın düşmüş Hümbətovlar yarı dəmirdən, yarı kərpicdən tikilmiş iki otaqda yaşayırlar. "Uşaqlar kömək etdilər, kərpicdən bu balaca otağı tikdik, böyür-başına şifer, dəmir vurmuşuq. Amma ayağımızın altındakı torpaqdır, üstünə əvvəlcə taxtaları düzmüşük, sonra da adyal, kilim sərmişik. Başqa əlac yoxdur", - ailənin gəlini yaşadığı şəraiti göstərir.

Sakinlər deyirlər ki, hər bir ailəyə 45 min manatdan kompensasiya veriləcəyi vəd olunub, amma sonradan vədə əməl etməyiblər: "Demək olar ki, hər gün Nazirlər Kabinetinin, "Qaçqınkom"un qarşısına toplaşırıq. Artıq bizi dinləyib, dərdimizə qulaq asan da yoxdur. Hər dəfə bir bəhanə ilə yola salırlar. Gərək bina başımıza uçsun, sonra tədbir görsünlər".

Ümidləri hər yerdən üzülmüş qaçqınlar yağışın yağmaması üçün hər gün dua edirlər. Təkcə ona görə yox ki, yağış birbaşa başlarına yağır, kanalizasiya daha da dolub-daşır, hörümçək toruna bənzər işıq xətləri yüklənməyə tab gətirmir. Həm də ona görə ki, hər yağan yağış sürüşməni bir az da aktivləşdirir.

Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub