Xəstələri sürüyə-sürüyə küçəyə atıblar... - Bakıda klinikaya şok basqın (VİDEO)
Hadise
Oxunub: 835
18 noy 2016 | 16:17
Xəstələri sürüyə-sürüyə küçəyə atıblar... - Bakıda klinikaya şok basqın (VİDEO)








Noyabrın 5-də Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən “Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olub. Onlar xəstəxanaya soxularaq həkimləri, müalicə üçün qəbula gələnləri, hətta reanimasiyada olan xəstələri belə sürüyə-sürüyə küçəyə çıxarıblar. Xəstəxananın qapılarını qıraraq bütün mühasibat və bank sənədləri, möhür, hətta xəstəlik tarixçələri belə götürülüb, kompüterlər sıradan çıxarılıb.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına “Nigar” klinikasının təsisçisi, ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazov müraciət edib.Onun sözlərinə görə, bunu edən ortağı İlham Məmmədovdur. Bir neçə ortaq şirkətləri olduğunu deyən iş adamının sözlərinə görə, o, bu xəstəxananın da 33% ortaqlığını tələb edib. Ş.Şahbazovun razılaşmadığını gördükdə, bu addımı atıb. Xəstəxanadan köçürülən xəstələrin aqibəti məlum deyil. Nizami rayon məhkəməsi bu şəxslərin xəstəxanadan çıxarılması ilə bağlı qərar çıxarsa da, özəl xəstəxananın qanuni rəhbəri binanın həndəvərinə buraxılmır.

Klinika rəhbəri bildirir ki, İlham Məmmədovla 1998-ci ildən ortaqdırlar, birlikdə bir neçə şirkət açıblar: “Bir müddət normal işləsək də, sonradan İ.Məmmədov mənə məxsus olan payı ələ keçirməyə başladı. Birlikdə açdığımız “Riyad Farm” şirkətini batırdı. İki ilə yaxındır ki, məni təqib edir. Ortaq olduğum şirkətlərdən bir ildir ki, 1 manat da olsun qazanc əldə etməmişəm. “Nigar” klinikasının isə ona heç bir aidiyyatı yoxdur. Bu klinikanı başqa bir ortağımla şərik açmışıq. Lakin klinikanın bir hissəsini ələ keçirmək istəyən İlham Məmmədov, onun əlaltısı İlham Qurbanov və onlara məxsus “Riyad” mühafizə şirkətinin qoçuları ilə birlikdə bizi işləməyə qoymur, ailəmə fiziki zor tətbiq edir. Noyabrın 5-də “Riyad” mühafizə şirkətinin 40-50 qoçusu xəstəxanamıza basqın edib, o vaxtdan bizi klinikamıza yaxınlaşmağa qoymurlar. Lisenziyalı şirkətin fəaliyyəti iflic olub. Xəstəxananın 70-ə yaxın işçisi küçəyə atılıb və maaşsız qalıb”.


Xəstələri sürüyə-sürüyə küçəyə atıblar... - Bakıda klinikaya şok basqın (VİDEO)













Ş.Şahbazovun sözlərinə görə, bundan bir qədər öncə həyat yoldaşı, “Nigar” klinikasında həkim işləyən Arzu Şahbazova həmin qoçular tərəfindən vəhşicəsinə döyülüb. Buna səbəb isə A.Şahbazovanın həyat yoldaşının şərikli açdığı “Azintroil” MMC, “Vicdan 1”MMC və digər tikinti və ticarət obyektlərindən özlərinə çatacaq gəliri tələb etməsi olub: “Bununla bağlı Nəsimi rayon polis idarəsinə şikayət etmişik, hazırda həmin şikayət araşdırılır”.

Ş.Şahbazov bildirir ki, gənc yaşında dünyasını dəyişən qızının adını daşıyan klinika bərbad hala salınıb: ““Nigar” klinikası mənim 21 yaşında dünyasını dəyişmiş qızım Nigarın adınadır. Mən onun həkim olmasını istəyirdim, o isə hüquqşünas olmaq istədiyini bildirdi. Səbəbi belə əsaslandırdı ki, insanlar hüquqlarının pozulması səbəbindən xəstə olurlar. O, yaxşı hüquqşünas olub insanların hüquqlarını qoruya bilsə, onlar xəstələnməzlər. Mən qızımın bu şüarını xəstəxananın girişində şəkli ilə birlikdə vurmuşdum. Lakin qoçu dəstəsi xəstəxanaya girən kimi bu lövhəni də cırıq-cırıq edib. Bu hadisə mənə çox pis təsir etdi”.

Şikayətçi bildirir ki, şəriki İ.Məmmədov onu şantaj etmək üçün aldığı şirkətlərin əvvəlki sahiblərini taparaq onlara müxtəlif vədlər verir. Şantaj üçün hətta üzünü belə görmədiyi “pasient”lərdən istifadə olunur: “8 il öncə aldığım müəssisənin köhnə sahibləri Ayaz, Bəyimxanım, Azad və Hikmət Məmmədovları tapıb. Bildiyimə görə, borcun içərisindədirlər. Onlara vədlər verərək məni şantaj edir. Məndən pul tələb edirlər və bildirilər ki, əgər bizə pul verməsən, o biri şəriklərini də tapıb pulunu əlindən alacağıq. İ.Məmmədov müxtəlif şəxslərin adından müxtəlif dövlət orqanlarına mənə qarşı şantaj dolu şikayətlər yazır. O, haqqı olmayanları tələb etmək üçün havadarlarına arxalanır. Heç vaxt müalicə etmədiyim xəstələrin adından müxtəlif orqanlara şikayət ərizələri yazılır ki, guya onlardan pul almışam”.

Şikayətçinin bildirdiyinə görə, bu azmış kimi, İ.Məmmədov yaşadığı Həsən Əliyev küçəsi, 10A ünvanındakı binanın 3-cü mərtəbəsində yerləşən şəxsi ofisi də zəbt edib. Liftin 3-cü mərtəbəni göstərən düyməsi qoparılıb, həyətə “Riyad” mühafizə şirkətinin əməkdaşları qoyulub. Ş.Şahbazov öz ofisinə də yaxın düşə bilmir.

Ş. Şahbazov deyir ki, İlham Məmmədov onun həyatı üçün təhlükə yaradır. O, daxili işlər, prokurorluq orqanları, hətta prezidentə qədər müraciət edib. Oktyabr ayının 28-dən özünə və ailəsinə qarşı hücumlar olduğunu deyən şikayətçinin sözlərinə görə, onu ölkədən çıxıb getməyəcəyi təqdirdə həbs olunacağı ilə hədələyirlər.


Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...