Qarabağ qazisi: "Mənə dedi ki, "Get, özünü yandır" — VİDEO + FOTO
Hadise
Oxunub: 672
21 noy 2016 | 08:43
Qarabağ qazisi: "Mənə dedi ki, "Get, özünü yandır" — VİDEO + FOTO








Qarabağ müharibəsindən geriyə itirdiyimiz torpaqlar, şəhidlərimiz və ağır yaralanmış döyüşçülərimiz qaldı. Amma şəhidlərə, şəhid ailələrinə, qazilərimizə qarşı hörmətsizlik ediləndə bunu anlamaq və qəbullanmaq qeyri-mümkündür.

Onsuz da yarıcan, yardıma ehtiyac duyacaq şəraitdə yaşayan döyüşçülərimizi məmurlar da bir yandan incidəndə bu, onlara ikiqat zərbə vurur.

Bu gün sizə belə bir haqsızlıqla üzləşən döyüşçümüzdən, qazimizdən bəhs edəcəyik. 20 ildir ki, daxmada, bir ayağı yarıdan, digəri isə topuqdan kəsilmiş şəraitdə yaşayan Qarabağ döyüşçüsü çarəsiz durumda qalıb.

Onun haqqında bizə həm döyüş yoldaşı, həm də həmkəndlisi olan yaxın dostu xəbər verdi. Yola düşüb, Salyan rayonunun Yolüstü kəndinə getdik. Qarabağ döyüşçüsünün yaşadığı daxmaya çatdıq. Bəli, daxmaya... Çünki bu 1 otaqdan ibarət dördbucaqlı yerə ev demək mümkün deyil.

Qapıdan asılmış pərdəni aralayıb, içəri daxil olduq. Otaqda bizi Qarabağda döyüşmək üçün məcburi şəkildə özünü könüllü yazdıran və nəticədə ayaqlarından olan Vəli Dünyamalıyev, onun həyat yoldaşı və 15 yaşlı qızı qarşıladı. Dövlətdən aldığı az miqdarda yardımla ailəsini saxlayan 1-ci qrup Qarabağ əlili, dərdini yavaş-yavaş danışmağa başladı. Hər gecəsi ağrılarla keçən Vəlinin yardım istəyini heç kim eşitmir.

"Bir ayağımı dizdən, digərini isə topuq hissəsindən itirdim"


Vəli Dünyamalıyev ilk olaraq döyüşə necə yollanması ilə bağlı söhbət açdı: "Rusiyadan qayıdıb, könüllü şəkildə 1993-cü ildə Qarabağa yollanmışam. Hətta Salyanda hərbi komissarlıq məndən qeydiyyata düşmək üçün rüşvət istəmişdi. Mən də Hacıqabul rayonuna gedib, orada könüllü yazıldım və beləcə döyüşməyə getdim. 1994-cü ilin əvvəllərində Ağdamda yaralandım. Bir ayağımı dizdən, digərini isə topuq hissəsindən itirdim. Yeriyə bilmirəm. Ayağımın altında yekə bir dəlik əmələ gəlib və dəhşətli ağrılar verir. Gecələr elə olur ki, səhərə qədər yata bilmirəm".

"...Məni basdırsalar, yaxşıdır"


Qarabağ döyüşçüsünün müalicəyə ehtiyacı var: "Bütün bu ağrılar, yarımcan olmağım bəs deyilmiş kimi, böyrəyim də artıq sıradan çıxıb. Həkimə getdim, dedilər ki, ya müalicə olunmalıyam, ya da böyrəyimi kəsib, götürəcəklər. Onsuz da ölümlə mübarizə aparıram, böyrəyimi də götürsələr necə yaşayacağam? Ondan sonra məni basdırsalar, yaxşıdır".

Maddi vəziyyəti ağır olan Vəlinin müalicə almağa gücü çatmır. Bir yandan xəstəlik, bir yandan da diqqətsizlik onu hər gün bir az da öldürür: "Heç bir kömək almıram. Həkimə gedirəm, dərman yazır ki, "get al". Mən o dərmanları necə alım? Adi bir dərman 32 manatdır. Ümumilikdə 396 manat pul alıram. Başqa gəlirim yox, işim yox. İş olsa da işləyəcək qüvvədə deyiləm. 396 manatla ailə saxlayım, yoxsa dərmanlarımı alım? Bir dərmanı alanda digərlərini ala bilmirəm. Evlə bağlı çox müraciət etmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxmamın yanında bizim üçün ev tikilir. Sağ olsunlar. Sağlamlığım olmayandan sonra..."

Qarabağ uğrunda döyüşən insana deyilən sözlər: "Siz də dilənçilik etməyə yaman öyrəşmisiniz", "Getməzdin Qarabağa", "Get Prezident Aparatının qabağında özünü yandır"

Qazinin sözlərinə görə, rayonun icra başçısı tərəfindən təhqir edilib: "Salyan rayonunun icra başçısı ilə görüşə getdim ki, ayağıma görə xüsusi tikilən ayaqqabım cırılıb. Kömək etsinlər, onu Bakıda tikdirim. Mənə dedi ki, "Siz də dilənçilik etməyə yaman öyrəşmisiniz". Mənə deyilən bu söz heç vaxt yadımdan çıxmaz. Mən bu vətən üçün döyüşmüşəm və bu hala düşmüşəm. Sağlam olsaydım, mənim kiməsə ehtiyacım olardı? Yox... 45 yaşım var. Yavaş-yavaş ölürəm. Mən özümü yox, ailəmi düşünürəm. Onsuz da gec-tez öləcəyik. Amma indi ölsəm, onların vəziyyəti daha da betər olacaq. Diqqətsizlik, qayğısızlıq adama pis təsir edir. Biri deyir ki, "Getməzdin Qarabağa", o biri deyir ki, "Get, Prezident Aparatının qabağında özünü yandır".

"Mən buna layiq deyiləm"

- Sizə "Get, Prezident Aparatının qabağında özünü yandır" sözünü kim deyib?

- Kəndimizin Bələdiyyə sədri Əlizadə Zeynalov... Gözümün içinə baxa-baxa bu sözləri dedi. Mən buna layiq deyiləm. Sağlamlığımı vətən üçün qurban vermişəm. Heç olmasa, bunu nəzərə alsınlar. (müsavat.com)


Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır