“Aztelekom”un "MTN işi"ndə tutulan direktorunun mülkləri: Görün nələri varmış!
Hadise
Oxunub: 920
25 noy 2016 | 08:53
“Aztelekom”un "MTN işi"ndə tutulan direktorunun mülkləri: Görün nələri varmış!












Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom” İstehsalat Birliyinin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədovun mülklərinin sayı məlum olub.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan yüksək rütbəli məmurları barəsində başlanmış cinayət işi ilə bağlı ittiham aktında qeyd olunur.

İş materiallarına əlavə edilmiş 26.11.2015-ci il tarixli xidməti məktubdan görünür ki, "Aztelekom” MMC-nin baş direktoru vəzifəsində işləmiş Məmmədov Məhəmməd Əsgər oğlunun və ailə üzvlərinin Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 2 bağ evi, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı yeni tikilidə 14 saylı mənzili, Abşeron rayonu, Fatmayi kəndində 145 və 145a saylı bağ evləri, Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində yerləşən "Yurd” MTK-da 34 saylı mənzili və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən ticarət obyektləri var.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən istintaqa daxil olmuş 06.11.2015-ci il tarixli 150220205080 №-li məktubda isə göstərilib ki, Məmmədov Məhəmməd Əsgər oğlunun adına Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 19 saylı evin 14-cü mənzili, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, "BTRİB” b/y-nin 5-6-cı Şimal küçəsində bağ evi, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 226 saylı bağ sahəsi var. Bununla yanaşı, M.Məmmədovun oğlu Məmmədzadə Araz Məhəmməd oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 22/24-də yerləşən qeyri-yaşayış sahəsi, qızı Məmmədova Şüküfə Sabir qızının adına Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 15 saylı evin 51 saylı mənzili var.

M.Məmmədovun digər qızı Məmmədova Şeyda Məhəmməd qızının adına Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21 a saylı evin 31 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı qeyri-yaşayış sahəsi aşkarlanıb.

Sabiq baş direktorun digər oğlu Məmmədzadə Babək Məhəmməd oğlunun adına isə Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi, 145, 145a saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 117b saylı evin 34 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 91 saylı evin 23 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi olması müəyyən edilib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...