Bakıda internat məktəbində 10 yaşlı uşağı yandırdılar
Hadise
Oxunub: 1 688
5 noy 2014 | 16:38
Oktyabrın 29-da Bakıda yerləşən internat məktəbində yaşayan uşaqlardan biri yanıq xəsarətləri alıb. Lent.az-ın anspress.az-a istinadən məlumatına görə, 11 saylı İnteqrasiya təlimli İnternat məktəbində 10 yaşlı Surxay adlı uşaq həmyaşıdı Fatehin üzərinə qaynar su tökərək yandırıb. Nəticədə Fateh Quluzadə qulaq və boyun nayihəsindən ağır yanıq xəsarətləri alıb.

Hadisə oktyabr 29-u axşam 21:30-da baş verib. Fateh xəstəxanaya aparılmadığından onun yanıqlarına infeksiya düşüb və açıq yaraya çevrilib.

Azərbaycan Uşaq Fondunun Bakı şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayev hadisədən xəbərdar olduğunu bildirib: "Hadisənin səhəri günü, yəni 30 oktyabrda Mülkücahan müəllim mənə zəng vuraraq dedi ki, internatda uşaq yanıb. Hadisənin axşam növbəsində törədildiyini bildirdi mənə. Hadisədən xəbər tutan kimi həmkarım, hüquq müdafiəçisi Nigar Hüseynqızı ilə birlikdə əvvəlcə Sabunçu rayon 14-cü Polis Bölməsinə getdik. Orada Yetkinlik yaşına çatmayanlarla profilaktik şöbəsinin əməkdaşı Rafiq İsmayılovla birlikdə İnternata yollandıq. Sözün düzü, elə hadisə barədə məlumatlandırılmağından Rafiq bəy özü də təəccübləndi. Biz ora çatanda İnternatın direktoru Gülnarə Abdullayeva tək deyildi. Onun otağında təhsil nazirliyinin uşaq hüquqları müdafiəsi və deinstitutlaşma idarəsinin əməkdaşı Həbib Kərimov vardı. Belə başa düşdük ki, hadisə ilə əlaqədar bir araya gəlmişdilər. Biz içəri daxil olduqdan sonra Quluzadə Fatehin vəziyyəti ilə maraqlandıqda, hər ikisi belə bir hadisənin baş vermədiyini deyərək, təkzib etdi. Baş verənləri bizdən gizlətmək istədilər. Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə həmkarım Nigar xanımla birlikdə sərbəst araşdırma apardıqda məlum oldu ki, 2004-cü il təvəllüdlü Quluzadə Fateh Rəfael oğlunun yanıq xəsarətləri alması ilə bağlı heç bir xəstəxanaya və polis bölməsinə məlumat daxil olmayıb. Ən dəhşətlisi isə bu idi ki, bizə 10 yaşlı uşağın yatdığı yerdə yandırıldığını dedilər.

Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva isə açıqlamasında, Fatehin vəziyyətinin deyildiyi kimi ağır olmadığını deyib: "Fatehin yanıqlarına internatımızın tibb bacısı nəzarət edir. Lazım olan dərman və tibbi ləvazimatları isə özümüz alırıq. Uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını düşünürük. Fatehin anası özü həkimdir. Təbii ki, uşağının yarası ilə o da məşğul olur, narahat olmağa dəyməz".

Əqli inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların niyə nəzarətsiz qaldığını və qaynar suyu necə əldə etdiyi barədə suala G.Abdullayeva belə cavablandırıb: "Biz uşaqları nəzarətsiz qoymuruq. Hər növbənin öz müəllimləri və dayələri var. Hadisə uşaqlar yatmağa hazırlananda baş verib. Fateh autizm xəstəsi olduğundan çox narahat uşaqdır. Bizim Günay müəllim həmişə onun əlindən tutur. Surxay da çox nadincdir. Hadisə bir anda baş verib. Növbədə Nəbi müəllim və Ruqiyyə müəllim olub. İzahatlarını almışam. Surxayı da ayaq üstə saxlamaqla cəzalandırmışam. Hadisə baş verən kimi anasını məlumatlandırmışam. Mənə hər bir uşaq əzizdir".
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ