MTN zabiti kartlardan pul oğurlayıb - İkinci dəstənin cinayətləri
Hadise
Oxunub: 736
27 dek 2016 | 09:20
MTN zabiti kartlardan pul oğurlayıb - İkinci dəstənin cinayətləri








Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstəsinin cinayət işi üzə istintaq tamamlanıb və iş məhkəməyə göndərilib. İstintaq zamanı bu zabitlərin saysız-hesabsız cinayət əməlləri ortaya çıxıb.

“Qafqazinfo”nun cinayət materiallarından əldə etdiyi məlumata görə, “MTN”çilərdən biri hətta oğurluq etməkdə də təqsirləndirilir.

Bu şəxs Monitorinq Mərkəzinin sabiq sədri Teymur Quliyevin işçisi, 3-cü şöbənin 1-ci bölməsinin əməliyyat müvəkkili Eşqin Əliyevdir.

Eşqin Əliyev ifadə verərək özünü qismən təqsirli bildiyini deyib. O, vətəndaşların bank kartlarından gizlin pul çıxarması barədə hər şeyi etiraf edib. Deyib ki, 2015-ci ilin avqust və sentyabr aylarında statistika proqramı ilə işləyərkən qanunsuz pul köçürmələri sözü ilə axtarış verdikdə qarşısına plastik bank kartlarının CVV və CVC rəqəmləri çıxıb: “Mesajla hansısa şəxs digərinə özünün plastik bank kartının nömrələrini, qüvvədə olma müddətinin bitmə tarixlərini və CVV, CVC nömrələrini göndərərək onun kartına pul transfer etməsini xahiş etmişdi. Əmək haqqı ilə gündəlik xərclərimi çatdırmadığım üçün həmin məlumatlardan pul qazanmaq qərarına gəldim. Statistik proqrama CVV və CVC sözlərini yazıb axtarış verdikdə bu sözlərin SMS-lə göndərildiyi telefon nömrələri qarşıma çıxdı. “Hesab.az” saytı vasitəsi ilə atamın adına olan “UNİBANK”ın “Albalı plyus” kartına statistik proqramı vasitəsi ilə həmin hesablardan 10-20 manat köçürtdüm. Həftədə 4 dəfə belə etməklə 300-350 manat pul köçürürdüm. Sonra da onları çıxarıb xərcləyirdim”.

Bundan sonra MTN zabiti E.Əliyev beynəlxalq alış-veriş saytları üzərindən də cinayət yolu ilə qazanc əldə etməyə başlayıb: “2015-ci ilin oktyabr ayında “İAMAS” proqramında “E-BAY” saytı vasitəsilə xaricdən mal gətirmək üçün sifarişçi olaraq özümün yox, hər hansı bir başqa şəxsin adını yazmaq istədim, ağlıma “Azər Əliyev” adı gəldi. Bu adı axtarışa verdim, Əliyev Azər Ağa oğlu adında şəxsin məlumatlarını əldə etdim. Proqram vasitəsilə həmin adamın şəklini götürüb öz telefonumun yaddaşına saldım. “E-bay”dan sifarişlər verdim, 1-2 həftə sonra Milli Məclisin qapalı poçtuna zəng edib sifarişin gəldiyini öyrəndim. Ora gedib Azər Əliyevin şəklini və şəxsiyyət vəsiqəsindəki məlumatları göstərib paketləri aldım. Poçt işçisi olan xanım Azər Əliyevin özünün gəlməli olduğunu deyəndə həmin adamın MTN-də işlədiyini, gəlməyə vaxtı olmadığını dedim, özümü də Azər Əliyevin köməkçisi kimi təqdim etdim.

“E-bay”dan birinci dəfə 70 dollarlıq gümüş boyunbağı, ikinci dəfə isə 90 dollarlıq qızıl üzük almışdım”.

E.Əliyev üçüncü dəfə isə 1 boyunbağı və 1 kulon sifariş edib, lakin paketləri gəlməmiş özü həbs olunub. O saxlanılarkən boyunbağını təhvil verib. Təcridxanaya köçürüləndə isə qara remenli boyunbağı “Tibet qılıncı” kulonunu da təhvil verib.

E.Əliyevin əməlləri isə nazir Eldar Mahmudov vəzifəsindən çıxarılmadan öncə aşkarlanıb. O, anasının adına olan karta başqa vətəndaşların hesabından pul köçürüb və həmin pulla “E-bay”dan “Mini Dron Kamera” sifariş edib. Oktyabrın 9-da Monitorinq Mərkəzinin rəis müavini Fuad Səfərov onu yanına dəvət edərək nə işlə məşğul olduğunu soruşub: “Mən yalnız xidməti vəzifələrimin icrası ilə məşğul olduğumu dedikdə Fuad Səfərov məndən səmimi olmağını və hər şeyi ona danışmağımı təklif etdi. Əks halda mənə suallar verəcəyi barədə xəbərdarlıq etdi. Bank hesablarından qanunsuz transferlər etdiyimi etiraf etdim, Fuad Səfərov izahat yazmağımı tələb etdi, mən də yazdım”.

E.Əliyev özünü yalnız bank hesablarından pul çıxarmaqda təqsirli bildiyini deyib: “Telefonların dinlənilməsi və digər əməliyyatları rəisim Teymur Quliyevin göstərişi ilə etmişəm”.

E.Əliyev Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq; elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə), 302.2-ci ( Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma; gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi