İŞİD Azərbaycana Avropadan sıza bilər - Sabiq MTN-çi
Hadise
Oxunub: 724
6 yan 2017 | 05:35
İŞİD Azərbaycana Avropadan sıza bilər - Sabiq MTN-çi





Bayram günləri Azərbaycan və dünya gündəminin əsas mövzularından biri İŞİD-in yenidən Avropanı hədəf alması barədə xəbərlər oldu. Belə ki, İŞİD terror təşkilatının liderlərindən birinin 400 yaraqlı ilə Avropaya daxil olması xəbəri yayıldı. Bu barədə “Daily Mail” İtaliya xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb. Qrupa alban cihadçı Əbu Əbdulla əl-Kosova adı ilə tanın Lavdrim Muhadcerinin rəhbərlik etdiyi bildirilib. Terrorçuların Kosova dövlət orqanlarını və pravoslav kilsəsini hədəf alacağı güman edilir.

İtaliyanın “L’Espresso” qəzetinin məlumatına görə, Avropaya daxil olan terrorçuların sayı 400 nəfərə çatır.

Qeyd edilir ki, onlar Suriyadan miqrant qismində köhnə qitəyə daxil olmağı bacarıblar.
Bu xəbərin “istiliyi soyumamış” 26 yaşlı Bakı sakininə naməlum şəxs təfəfindən 14 min ABŞ dolları qarşılığında İŞİD-ə qoşulmaq təklifinin edildiyi üzə çıxdı. Təklifdən imtina edən Orxan Əhmədov Suraxanı Polis İdarəsinə məlumat verib, eyni zamanda Daxili İşlər Nazirliyinin “102" zəng mərkəzinə məlumat verməyi də unutmayıb. Bakı sakini Suraxanı polisinə ərizə ilə etdiyi müraciətində bildirib ki, 2016-cı il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 min ABŞ dolları təklif edib.

Yanvarın 3-də isə sosial şəbəkələrdə Suriyanın Hələb şəhərindən şübhəli şəxsin ölkəmizə daxil olması ilə bağlı yayılan xəbər də diqqət çəkdi. “Qafqazinfo” hüquq-mühafizə orqanlarına istinadən məlumat dərc etmişdi ki, belə bir şəxsin olduğu ehtimal olunur və polis araşdırma aparır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verdi.

S. Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib: “Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib. Onun Azərbaycanda olması ehtimal edildiyindən Özbəkistan tərəfindən bizə müaricət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir daha xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyatlı olsunlar”.

Ekspertlər yayılan hər üç xəbərlə əlaqədar Azərbaycan hökumətini uyaracaq açıqlamalar verirlər. İŞİD-in Avropadan Azərbaycana keçmə ehtimallarının ola biləcəyi vurğulanır. Eyni zamanda Bakı sakininə İŞİD-ə qoşulmaq üçün pul təklifinin digər vətəndaşlara da edilə biləcəyi istisna edilmir və bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin ciddiliyi qeyd olunur.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, 400 İŞİD-çinin Avropaya göndərilməsi ilə bağlı xəbər şişirdilib: “Azərbaycan və digər yerlərdə İŞİD-ə qoşulmaq üçün böyük məbləğlərin təklif olunmasının bir sıra səbəbləri var. Son zamanlarda İŞİD böyük itkilər verir. Bunun yerini doldurmaq, yenidən hədə-qorxular gəlmək üçün aydın məsələdir ki, terror təşkilatı bu cür addımlar atır. Bunu təkcə Azərbaycanda deyil, bütün ölkələrdə edir. Bu məsələlərlə əlaqədar hələ ölkəmizdə bir nəfər müraciət edib. Ola bilsin ki, müraciət etməyənlər də var. Bu istiqamətdə ciddi tədbirlərin görülməsi çox vacibdir. İŞİD zəiflədikcə hədələrinin də, terrorlarının da sayı artacaq. Yerlərdə muzdlu döyüşçülər götürmək üçün belə təkliflərin edilməsi mümkündür. İŞİD-in Azərbaycana Avropadan daxil ola biləcəyi ilə bağlı deyilənlərə gəldikdə isə onu qeyd edə bilərəm ki, bu, tamamilə mümkündür. Yaxınlığımızda, Şimali Qafqazda İŞİD-in radikal qanadı var, üstəlik, Orta Asiyada da. Bu ərazilərdən xeyli sayda İŞİD tərkibində vuruşan şəxslərin olması bir reallıqdır. Onların Şimali Qafqazdan ölkəmizə keçmələri problem deyil. Amma onlara problem yaratmaq mümkündür. Gəlişlərinə imkan verilməyə bilər. Eyni zamanda ciddi nəzarət olunmalıdır. Bütün bunların hamısı onu göstərir ki, terror üçün cəhdlər olacaq. Bunun qarşısını almaq üçün Avropa konkret addımlar atmalıdır. Əks halda, kifayət qədər gərginliklər olacaq. Çünki İŞİD zəiflədikcə gərginliyi artıracaq. Bu gərginliyin bir qanadı da Azərbaycan ola bilər”.

Ekspert Azərbaycan hökumətinin bu istiqamətdəki hazırlıqlarına da toxundu: “Bu məsələ ilə hüquq mühafizə orqanları məşğul olur. Hökumət, sadəcə, müvafiq strukturlar qarşısında tələblər qoyur. Bu tələbləri ilk növbədə, Dövlət Təhlükəsizlik Xidməti, ardınca isə digər qurumlar yerinə yetirməlidir. Hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı artırılmalıdır. Türkiyə, İsrail və digər ölkələrlə qarşılıqlı fikir mübadiləsi aparılmalıdır. Gənc dövlət olduğumuzdan ola bilsin ki, kifayət qədər əməliyyat məlumatları olmasın. Amma adını qeyd etdiyim ölkələrdən bu məlumatları ala bilərlər. Yəni əməkdaşlıq və informasiya mübadiləsi vasitəsilə”.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...