“3 saat başımda torba, üzü aşağı saxladılar, vurdular, sözlə təhqir edirdilər” - Mehman Hüseynov

“3 saat başımda torba, üzü aşağı saxladılar, vurdular, sözlə təhqir edirdilər” - Mehman Hüseynov













Mehman Hüseynova işgəncə verilib-verilmədiyini Nəsimi Rayon Prokurorluğu araşdıracaq

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb:

"Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib 200 manat cərimə olundu.

Eyni zamanda, məhkəmə qərar verdi ki, Mehman Hüseynova işgəncə verilməsi şikayəti ilə bağlı Nəsimi rayon prokurorluğu araşdırma aparsın” - deyə vəkil bildirir.

Mehman Hüseynovsa deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib:

"Mən özümdən getmişəm. Birdə hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər”

Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.

Bloqqer məhkəməyə də toxunub: "Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”.

M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.

O qeyd edib ki, yanvarın 9-u axşam saatlarında saxlanarkən başına torba keçiriblər. Mehman Hüseynov qeyd edib ki, maşına mindirilərkən fiziki zorakılıqla üzləşib:

"Mən 3 saat başımda torba, üzü aşağı saxladilar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.(Azadliq radiosu)
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
“30 il sonra robotlar yüksək vəzifələr tutacaq” - Cek Ma
Meymunla qızı kim evləndirib? - Goranboyla bağlı daha bir maraqlı hadisə
Vanqanın 2017-ci ilin may ayı üçün dəhşətli proqnozu - Bu 3 bürcü bədbəxtlik gözləyir, 4 bürc isə...
60 yaşlı polkovnik 4-cü dəfə evləndi - Özündən 28 yaş kiçik qızla
Roza Zərgərli: "O TV-lərin mənə niyə qadağa qoyduğunu desəm ...” - MÜSAHİBƏ
Həftənin çox oxunanları
Video
“Səni tutacağıq” - Yaxını həbs olunan köçkündən merə (Video)
Surət Hüseynovun Hollandiyada bıçaqlanan cangüdəninin - Qanlı video və fotoları yayıldı
Azərbaycanda bütün qəbirlər eyni formada olacaq - Video
20 qəpiklik dərmanı məhlul halına salıb 5 manata satırlar - Video
İlqarə plastik əməliyyatdan sonra - Video