"Murdar ət biznesi”nin tükürpədən təfərrüatları... - Ürəkbulandıran faktlar!
Hadise
Oxunub: 805
12 yan 2017 | 16:15
"Murdar ət biznesi”nin tükürpədən təfərrüatları... - Ürəkbulandıran faktlar!
















Dünən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi rayonunda DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları tərəfindən reyd keçirilib.

Belə ki, yanvarın 9-da rayonun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb və DBNX-nın laboratoriyasına verilib.

Bəs bizi bu xəbərin üzərinə yenidən qayıtmağa vadar edən nədir?

"Mənşəyi məlum olmayan ətlər” ölkəsi...

Qaynarinfo.Az-ın mövzu ilə bağlı apardığı araşdırmaya görə, əslində ilk dəfə deyil ki, Azərbaycanda bu qədər böyük həcmdə mənşəyi naməlum olan ət aşkarlanır.

Məsələn, ötən ilin elə bu vaxtlarında məlumat yayıldı ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhərində reyd keçirib.

Həmin vaxt DBNX-dən verilən məlumatda qeyd edilirdi ki, alınmış məlumat əsasında keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün Ağcabədi rayonu Aşağı Avşar kəndindən gətirilən, Aqil Əvəz oğlu Məmmədova məxsus 1100 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu olan Nofər Novruz oğlu Yusifovun idarə etdiyi "Ford Tranzit" markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşın saxlanılıb.

Avtomaşında olan heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir mənşəyi, sağlamlığı haqqında müşayətedici və baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.

Avtomobil "Baytarlıq şəhərciyi"nə gətirilib, cəmdəklərdən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub. RBL-in ekspert rəyinə əsasən, yoxlanılan 30 nümunə ət və 2 nümunə daxili orqanlarda (ağciyər, qaraciyər, qarın) aparılan bakterioloji müayinələr zamanı hər bir nümunədə bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı hər bir nümunənin keyfiyyətsiz olduğu müəyyən edildi və baytarlıq-sanitariya cəhətdən yararsızdır.

Yenə bir il öncə Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Daxili İşlər Nazirliyinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılan reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlılığı şübhə doğuran 4 tona yaxın heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət aşkar olunub.

Ötən ilin yayında – bir az da konkretləşdirsək, iyulunda isə Bakı şəhər Baş Baytarlıq idarəsinin rəisi Aslan Aslanov bildirmişdi ki, "son bir ayda Bakı şəhəri üzrə 3 tondan artıq mənşəyi bilinməyən ət aşkarlanıb".

Onun sözlərinə görə, aşkarlanan mənşəyi bilinməyən ət və ət məhsulları daha çox yol kənarlarında, ət kəsim məntəqələrində və dönərxanalardan müsadirə edilib.

"Umumilikdə isə respublika üzrə son bir ayda 7 ton mənşəyi bilinməyən ət aşkarlanıb” – idarə rəisi demişdi.

Daha bir şok rəqəm: təkcə Dövlət Baytarlıq Nəzarəti Xidməti 2015-ci il ərzində insan qidası üçün təhlükəli olan 55 tondan çox ətin zərərsizləşdirildiyini açıqlayıb.

Mənşəyi məlum olmayan ətlərin arxasındakı sirr...

Azərbaycanda çox az bir qismi aşkarlanan mənşəyi məlum olmayan ətlərin əsasən üç təyinat istiqaməti var.

Saytımızın araşdırması belə deməyə əsas verir ki, bu ətlərin bir hissəsi kolbasa sexlərinə verilir.

Həmin ətlərin bir hissəsi şadlıq evlərində, digər bir hissəsi isə iri supermarketlərdə vətəndaşlara təklif olunur.

Bundan başqa "murdar ət” kimi də təbir edə biləcəyimiz sözügedən ətlər dönərxanalar tərəfindən də sifariş olunur.

Müşahidələr insan sağlamlığı üçün bir qayda olaraq təhlükə təşkil edən belə ətlərin istənilən halda əhaliyə sırındığını deməyə əsas yaradır.

Dövlət qurumalrı hara baxır?

Ekspertlər dövlət orqanlarının mənşəyi məlum olmayan ət "biznesi” ilə məşğul olanlara qarşı mübarizəsini, ayıq-sayıqlığını yetərli saymır.

Elə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dedikləri də bu cür düşünənlərin haqsız olmadığını deməyə əsas verir. O bildirib ki, həmin ətlərin bir hissəsi kolbasa sexlərinə, şadlıq evlərinə, qalanı isə mağazalara göndərilir:

"Təxminən 5 il əvvəl Bakıda mənşəyi məlum olmayan ətlərin kəsilib, gecə ilə emal edildiyi yeri müəyyən etdim. Bir çox dövlət orqanlarına bununla bağlı müraciət etsəm də, fərqli səbəblərlə onlar tədbir görməkdən imtina etdilər. Yalnız polis bu məsələdə mənə kömək üçün addım atdı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən həmin müəssisədən ancaq nümunə götürə biləcəklərini, Səhiyyə Nazirliyindən ümumiyyətlə, müdaxilə etməyə ixtiyarı olmadıqlarını dedilər. Həmin orqanları bir araya yığa bilsəydim bir gecədə sexi ifşa edə bilərdik”.

Və gülməli cərimə məbləği!

Dövlət Baytarılıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli mənşəyi bəlli olmayan ətlərin satışının təşkilinə görə nəzərdə tutulan qanuni tədbirlər barədə KİV-in sorğusuna ötən il belə cavab vermişdi:

"At-eşşək, mənşəyi bilinməyən heyvanların ətinin satışına görə İnzibati Xətalar Məcəlləsi ilə cərimə nəzərdə tutulur. Bu cərimənin miqdarı 200-300 manatdır”.

Gəlin razılaşaq ki, olduqca gülməli cərimə məbləğləridir. Sərbəst toplaşmaq azadlığına görə cərimələrin bundan qat-qat yüksək olduğunu nəzərə aldıqda isə adam gülmək yox, şaqqanaq çəkmək istəyir.

Üstəlik, "murdar ət biznesi” ilə məşğul olanlar üçün həmin 200-300 manat ödəyib məsuliyyətdən azad olmaq qətiyyən çətin deyil. Unutmayaq ki, hımin məbləğ onların qazandıqları milyonlarla manatın yanında hətta " semiçka pulu” da deyil...

Bütün deyilənləri ümumiləşdirdikdə isə indiki gedişlə Azərbaycanda murdar ət satışının önünə keçiləcəyinə ümid qalmır. Belə görünür, kimlərinsə cibini dolduran, vətəndaş olaraq isdə hər birimizin sağlamlığını təhdid edən bu "kirli biznes” hələ xeyli müddət bu ölkədə tüğyan da edəcək, belə lap çiçəklənəcək də...

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO