Qar Yasamalı iflic etdi - "Hanı bəs bunları topu, topxanası?!"
Hadise
Oxunub: 665
28 yan 2017 | 08:08
Qar Yasamalı iflic etdi - "Hanı bəs bunları topu, topxanası?!"














"Qum və duzdan çimərlik düzəldəcəklər, yoxsa şoraba tutacaqlar?!"

Bakının Yeni Yasamal massivinin bir qrup sakini müraciət edərək ötən gün yağmağa başlayan qardan sonra ərazidə yolların vəziyyətindən və məsul qurumların fəaliyyətsizliyindən şikayət ediblər:

"Məlumdur ki, yanvarın 27-si günortadan başlayaraq Bakıda qar yağır. Bu gün isə qar artıq hər tərəfi, o cümlədən yolları ağardıb. O da məlumdur ki, Yeni Yasamal enişli-yoxuşlu ərazi olduğundan qar yağan zaman Bakının ən riskli ərazilərindən hesab olunur və bunu rəsmi qurumlar da bilir. Amma buna baxmayaraq, hər dəfə bunu onların yadına salmaq lazım gəlir. Necə olur ki, qarın yağacağını müvafiq qurumlar hələ bir müddət əvvəl xəbər verdiyinə baxmayaraq, bu gün yollarda nə Bakı Şəhər İcra Hakimiyyətinin, nə də "Azəravtoyol" ASC-nin heç bir texnikasına rast gəlmək olmadı. Belədə danışanda boğazdan yuxarı deyirlər ki, yüz tonlarla qumumuz, duzumuz var. Bəs hanı? Hanı bunların topu, topxanası? Hansı gün üçün saxlayıblar o qumu, duzu? Çimərlik düzəldəcəklər, yoxsa şoraba tutacaqlar?!
Biz hər dəfə onlara teleqram vurmalıyıq, yoxsa ayaqlarına düşüb yalvarmalıyıq? Niyə onların bərbad fəaliyyətinə görə yol qəzaları baş verməli, insanlar ölməli, xəsarət almalı, onlara maddi ziyan dəyməlidir?!
Bu gün yenə də Yeni Yasamalda Əsəd Əhmədov və Xiyabani küçələrində avtomobillər yollarda sürüşə-sürüşə qalmışdı. Xüsusən eniş və yoxuşlarda ciddi qəza təhlükələri yaranırdı, hətta kiçik toqquşmalar da baş verirdi. Əsəd Əhmədov küçəsində bəyənmədiyimiz 77 saylı avtobus marşrutunun dispetçerləri bel ilə təmizləyib yolu açırdılar ki, sərnişinləri vaxtında daşımaq olsun. Heç əsas yollardan olan Şərifzadə küçəsində də dediyimiz məsul dövlət qurumlarının heç bir əməkdaşı və texnikası yox idi. Xahiş edirik, onlara deyin ki, "qış yuxusu"ndan ayılsınlar".

Məsələ ilə əlaqədar "Azəravtoyol"la əlaqə saxladıq. Qurumdan bildirdilər ki, onlar yalnız bölgələrdəki və Bakı şəhərinin ətrafındakı yollara cavabdehdirlər. Adıçəkilən yollara isə Bakı Şəhər İcra Hakimiyyəti məsuldur.

Şikayətlə əlaqədar, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti ilə də əlaqə saxlayıb vəziyyətə aydınlıq gətirməyə çalışdıq. Lakin Departamentdın telefonlara cavab verən tapılmadı.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hələ yanvar ayının əvvəlində, o cümlədən iki gün əncə yanvar ayının sonlarında respublika ərazisində, o cümlədən paytaxtda və Abşeron yarımadasında qarlı havanın müşahidə ediləcəyini bildirmiş, hətta xəbərdarlıq yaymışdı...

///Milli.Az
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”