"Qayınatamın azad edilməsi üçün MTN zabitinə 1 milyon dollar verdim" - ŞOK İFADƏ
Hadise
Oxunub: 693
3 fev 2017 | 06:06
"Qayınatamın azad edilməsi üçün MTN zabitinə 1 milyon dollar verdim" - ŞOK İFADƏ














Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda Vüsal Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda zərərçəkmiş Nizami Kazımovun qudası Tahir Əbdülqasımov ifadə verib. O bildirib ki, Nizami Kazımov həbs olunan zaman Azərbaycandan kənarda olub: "Azərbaycana qayıdandan sonra eşitdim ki, Nizamini həbs ediblər. Bildirdilər ki, banka pul qoyub, buna görə də həbs ediblər. Buna inanmadım, fikirləşdim ki, adamı banka pul qoyduğu üçün həbs edərlər? Fikirləşdim ki, burada başqa iş var. Onunla məhkəmədə görüşdük, dedi ki, banka pul qoyduğu üçün həbs ediblər. Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami dedi ki, həbsdən azad edilməsi üçün 2 milyon dollar istəyirlər, həm də bankda pulu batıb".

Şahid qeyd edib ki, Vüsal Ələkbərova ilkin olaraq 1 milyon dollar verilib: "Pulu MTN-nin binasının yanına aparanda 4 nəfər idik. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantada olan pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan görmüşəm. Sonra Nizami azadlığa çıxdı. Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi".

Daha sonra sualları cavablandıran Tahir Əbdülqasımov bildirib ki, Vüsal Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı həmin zaman müvafiq qurumlara müraciət etməyiblər.

Şahid qeyd edib ki, Nizami Kazımovun həbsdən azad edilməsi üçün 2 milyon dollar verilmədiyi halda, onun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələyiblər.

Sonra Nizami Kazımovun kürəkəni Samir Nadirli ifadə verib. O, ifadəsində "Texnikabank"a qoyulan depozit puldan, sonra Nizami Kazımovun həbs edilməsindən danışıb. Onun sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib: "Bu işlə bağlı mənim ərizəmi aldılar, amma məni dindirmədilər".

Samir Nadirli daha sonra Nizami Kazımovun həbsdən azad edilməsi üçün 1 milyon dolların toplanmasından danışıb, həmin vəsaiti Vüsal Ələkbərova MTN-nin binasının arxa tərəfində verdiyini təsdiqləyib.

Proses fevralın 9-da davam edəcək.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrinə əsasən ittiham edilir. (APA)
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"