Azərbaycan əleyhinə yazılar yazan blogger Bakıya qandalda gətirildi - FOTOLAR
Hadise
Oxunub: 778
8 fev 2017 | 05:40
Azərbaycan əleyhinə yazılar yazan blogger Bakıya qandalda gətirildi - FOTOLAR















Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən blogger suçlu kimi Azərbaycana ekstradisiya olundu

Xəbər verdiyimiz kimi, fevralın 7-də Belarus Ali Məhkəməsi keçən ilin dekabrında rəsmi Bakının sorğusu əsasında saxlanmış blogger Aleksandr Lapşinlə bağlı yekun qərarı elan edib.

Məhkəmə onun ölkəmizə ekstradisiyası barədə Belarus Baş Prokurorluğunun 18 yanvar tarixli qərarından verilən apelyasiya şikayətini təmin etməyib. Bundan öncə Minsk Şəhər Məhkəməsi də analoji qərar çıxarmışdı. Bu, o deməkdir ki, Lapşinin ölkəmizə təhvil verilməsi haqda qərar dərhal qüvvəyə minmiş sayılıb. Kremlin, rəsmi İrəvanın və İsrail hakimiyyətinin açıq himayəsi altında olan blogger Azərbaycanın və Belarus iqtidarının qətiyyəti sayəsində Azərbaycana ekstradisiya olunub.

"Yeni Müsavat" xəbər verir ki, blogger Aleksandr Lapşin ittiham olunmaq üçün artıq Azərbaycana gətirilib. Onun Azərbaycanda ilk təmas qurduğu jurnalistlər olub və o sırada müxbirimiz də iştirak edib. Müxbirimiz Azərbaycan respublikasının qanunlarını pozaraq, cinayət əməli törətmiş və separatçı ermənilər üçün təbliğat xarakterli fəaliyyət aparmış Lapşinin Bakıdakı suçlu statusunda ilk fotolarını çəkməyə nail olub.

Qeyd edək ki, 40 yaşlı Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini” dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib.

Azərbaycanın Baş Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başladılıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq mühafizə orqanları Lapşini ötən ilin dekabrında saxlayıblar. Rəsmi Minsk üçlü vətəndaşlığa (İsrail, Rusiya, Ukrayna) malik yəhudi bloggerin qeyd-şərtsiz azad edilməsi ilə bağlı ələlxüsus Rusiyanın (xarici işlər naziri Sergey Lavrov, XİN sözçüsü Mariya Zaxarova, ombudsman Tatyana Moskalkova) təzyiq-təhdidlərinə, məhkəməyə təsir cəhdlərinə baxmayaraq, siyasi iradə göstərdi və sözünü tutdu. Zatən, prezident Aleksandr Lukaşenkonun ötən həftəsonu mətbuat konfransında səsləndirdiyi məlum fikirlərdən də aydın idi ki, Belarus hökuməti məsələdə Moskva qarşısında geri çəkilmək niyyətində deyil. Elə də oldu. İndi məsələ artıq bütünlüklə Bakının siyasi iradəsi altına keçir. Ayrı sözlə, Lapşinin taleyini sırf Azərbaycan, onun prezidenti həll edəcək.

Onu da diqqətə çatdıraq ki, Lapşin və anası prezident İlham Əliyevə əfvlə bağlı yazılı müraciət ünvanlayıblar.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb