Azərbaycanda yaxın aylarda hərbi əməliyyat - "Apreldə yeni müharibə"
Hadise
Oxunub: 704
14 fev 2017 | 12:18
Azərbaycanda yaxın aylarda hərbi əməliyyat - "Apreldə yeni müharibə"










“Diplomatik proses yalnız hərbi əməliyyatların növbəti mərhələsindən sonra bərpa oluna bilər”

Ermənilər keçən ilin aprelində Azərbaycanın onlara verdiyi dərsi hələ unutmayıblar.

Bunu onların ekspertlərinin həyəcan dolu açıqlamalarından və qəzetlərə verdiyi müsahibələrdən görmək mümkündür.

Bunlardan biri də “Regional araşdırmalar mərkəzi”nin direktoru, politoloq Riçard Kirakosyandır.

Kirakosyan Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı Ermənistan mətbuatına maraqlı açıqlamalar verib.

Kirakosyanın fikrincə, yaxın aylarda Azərbaycanın hücum etmək ehtimalı olduqca qüvvətlidir. Buna rəğmən erməni ekspert keçən ildəkindən fərqli olaraq Ermənistan ordusunun daha hazırlıqlı olduğunu iddia edib.

Erməni politoloqun rəyinə görə, real diplomatik proses də elə əməliyyatlardan sonra başlaya bilər.

Bu cəhətdən Kirakosyan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanın danışıqlara başlamağa hazır olduğu barədə verdiyi bəyanatında səmimi olmadığını düşündüyünü söyləyib.

Riçard Kirakosyan həm Azərbaycanın həm də Rusiyanın hələ də “Lavrov planı” ətrafında müzakirə aparılmasını istədiyini söyləyərək Rusiyanın Dağlıq Qarabağa sülhməramlı qüvvələr yeritmək niyyəti ilə regionda təhlükəli addımlar ata biləcəyini dilə gətirib.

Müxbirin Qarabağ ətrafında nə baş verdiyini və hansı prosesləri gördüyü barədə sualına politoloq belə cavab verib:
“Açıq danışmaq lazım gələrsə heç bir şey baş vermir və bu da çox təhlükəlidir. Diplomatiya dalana dirənib. Hətta problemə geopolitik maraq da yoxdur. Belə bir situasiyada Azərbaycanın yaxın aylarda yeni hərbi əməliyyatlara başlama ehtimalı real dinamik faktora çevrilir.

Azərbaycanın bunu etmək üçün səbəbləri çoxdur. Ən birincisi isə onun apreldə qazandığı uğurlar və müəyyən ərazini ərazini ələ keçirərək onu əlində saxlamaq qabiliyyətidir. İkincisi isə ölkə ictimaiyyətinin diqqətinin daxili problemlərdən yayındırılmasından ibarətdir.

Erməni politoloq bunun üçün Azərbaycanın artıq bir neçə ildən bəri “sabit eskalasiya (qızışdırma-red.)” taktikasını yürütdüyünü bilirib:
“...Azərbaycan artıq döyüş meydanın genişləndirib Ermənistan Respublikasının özünə hücum edir. Bu eskalasiya təkcə təmas xəttində həlak olanların sayının artmasında deyil, həm də ağır hücum silahlarının və sistemlərin tətbiq olunmasında özünü göstərir.

Xatırlamaq lazımdır ki, sülh rejimi artıq mövcud deyil. Aprel döyüşlərindən sonra isə yalnız atəş açmamaq haqqında şifahi razılıq əldə olunub. Bu isə olduqca təhlükəlidir. Açıq söyləsək beynəlxalq reaksiyanın necə reaksiya göstərəcəyi Azərbaycanın vecinə deyil, Beynəlxalq birliyin də Azərbaycana təsir rıçaqları yoxdur. Azərbaycanı çəkindirəcək ciddi mexanizmlər isə hələ ki görünmür və heç kim və heç nə Azərbaycanı növbəti hücumu həyata keçirməkdən saxlaya bilməz”.

Riçard Kirakosyan artıq danışıqların münaqişənin həlli yolları ətrafında getmədiyini qeyd edir:
“Mən tərəflərin danışıqlar aparmadığına əminəm. Nizamlama prosesində indi biz yalnız iki hədəf ətrafında diplomatik təmasları müşahidə edə bilərik:
Birincisi danışıqlar və görüşlərin davamiyyətinin qorunması, ikincisi isə geniş miqyaslı müharibənın qarşısını alınması.

Erməni politoloq yaxın aylarda münaqişənin nizamlanması üzrə müzakirələr prosesinin yenidən başlama perspektivinə də şübhə ilə yanaşdığını bildirib: “İndi azərbaycanlılar arasında sülh prosesinin onların gözləntilərini doğrultmaması ilə bağlı dərin məyusluq mövcuddur. Biz onların olduqca təhlükəli tərzdə-yəni hərbi planda üzə çıxacaq əsəbini çox yaxşı anlamalıyıq. Ümumiyyətlə isə diplomatik proses yalnız hərbi əməliyyatların növbəti mərhələsində mümkün ola biləcək”.

“Belə çıxır ki, biz istənilən halda hərbi əməliyyatların növbəti mərhələsini gözləməliyik”-müxbirin verdiyi suala Kirakosyan:

“Mən deyərdim ki, hava, topoqrafik, hərbi-diplomatik təqvim şərləri baxımından müharibə üçün ən real tarix aprel ayıdır.

Ekspertin rəyinə görə, Ermənistanın burada əsas üstünlüyü onun müdafiə taktikasına əsaslanmasındadır. O, erməni ordusunun preventiv zərbələr endirə biləcəyi ehtimalının az olduğunu söyləyib. (musavat.com)
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR