Təcili!!! 2-ci Aprel döyüşləri başlayır - “Azərbaycanın atacağı addımlar amansız və sərt olacaq”
Hadise
Oxunub: 20 973
15 fev 2017 | 06:45
Təcili!!! 2-ci Aprel döyüşləri başlayır - “Azərbaycanın atacağı addımlar amansız və sərt olacaq”














Regional Araşdırmalar Mərkəzinin direktoru “hərbi-diplomatik və təqvim şərtləri baxımından müharibə üçün ən real tarix aprel ayıdır” deyib; Üzeyir Cəfərov: “Azərbaycanın atacağı addımlar amansız və sərt olacaq”

Aprel ayı yaxınlaşdıqca, Azərbaycanla Ermənistan arasında ikinci aprel savaşının olacağı ilə bağlı iddialar getdikcə artmaqdadır. Təcavüzkar ölkənin təlaş içərisində olduğu açıq görünür. Xüsusilə ötən ilin aprelindəki 4 günlük müharibədə nakaut vəziyyətinə düşən ermənilər ikinci belə savaşı xəyallarına gətirmək istəmirlər.

Bunu erməni rəsmilərinin açıqlamalarından duymamaq mümkün deyil. Rusiyanın 200 milyon dollarlıq kreditlə Ermənistana silah verəcəyi vədini tam yerinə yetirməməsi rəsmi İrəvanın qorxusunu daha da artırıb. Artıq ermənilər açıq şəkildə Azərbaycan ordusunun qüdrətindən söz açır, hərbi təchizatda ölkəmizin dəfələrlə öndə olduğunu etiraf edirlər. Bundan əlavə, düşmən ölkə rəsmi Bakının sülhlə Dağlıq Qarabağ probleminin həllini görmədiyini, müharibə yolu ilə torpaqlarını geri qaytarmaqda israrlı göründüyünü bildirirlər.

Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan apreldə yeni müharibənin olma ehtimallarından danışaraq, diplomatik proseslərin yalnız hərbi əməliyyatların növbəti mərhələsindən sonra başlana biləcəyini deyib.

Kirakosyanın fikrincə, yaxın aylarda Azərbaycanın hücum etmək ehtimalı olduqca qüvvətlidir. Buna rəğmən erməni ekspert keçənildəkindən fərqli olaraq Ermənistan ordusunun daha hazırlıqlı olduğunu iddia edib. Müxbirin Qarabağ ətrafında nə baş verdiyini və hansı prosesləri gördüyü barədə sualına politoloq belə cavab verib: “Açıq danışmaq lazım gələrsə, heç bir şey baş vermir və bu da çox təhlükəlidir. Diplomatiya dalana dirənib. Hətta problemə geopolitik maraq da yoxdur. Belə bir situasiyada Azərbaycanın yaxın aylarda yeni hərbi əməliyyatlara başlama ehtimalı real dinamik faktora çevrilir. Azərbaycanın bunu etmək üçün səbəbləri çoxdur. Ən birincisi isə onun apreldə qazandığı uğurlar və müəyyən ərazini ələ keçirərək onu əlində saxlamaq qabiliyyətidir. İkincisi isə ölkə ictimaiyyətinin diqqətinin daxili problemlərdən yayındırılmasından ibarətdir”.

Erməni politoloq yaxın aylarda münaqişənin nizamlanması üzrə müzakirələr prosesinin yenidən başlama perspektivinə də şübhə ilə yanaşdığını bildirib: “İndi azərbaycanlılar arasında sülh prosesinin onların gözləntilərini doğrultmaması ilə bağlı dərin məyusluq mövcuddur. Biz onların olduqca təhlükəli tərzdə-yəni hərbi planda üzə çıxacaq əsəbini çox yaxşı anlamalıyıq. Ümumiyyətlə isə diplomatik proses yalnız hərbi əməliyyatların növbəti mərhələsində mümkün ola biləcək”.

“Belə çıxır ki, biz istənilən halda hərbi əməliyyatların növbəti mərhələsini gözləməliyik sualına Kirakosyan ”hava, topoqrafik, hərbi-diplomatik və təqvim şərtləri baxımından müharibə üçün ən real tarix aprel ayıdır" deyib.

Azərbaycanlı ekspertlərin də bununla bağlı çoxsaylı fikirləri var. Əksər ekspertlər aprel ayında Ermənistanda keçiriləcək və idarəçilik sisteminin dəyişəcəyi ilə nəticələnən parlament seçkilərində düşmən ölkənin daxildən qarışacağını qeyd edirlər. Seçkilərin saxtalaşdırılması ehtimalı yüksək olan Ermənistandakı bu vəziyyətdən Azərbaycanın yararlana bilmə ehtimalları yüksək dəyərləndirilir.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, ermənilərin bu günə qədər mənasız danışıqlarla yola verdikləri zaman artıq tükənib: “Azərbaycan artıq bəyan edib ki, beynəlxalq qurumlardan heç bir gözləntisi yoxdur. Doğrudur, sona qədər dözüm nümayiş etdiririk. Bu baxımdan, yeganə çıxış yolu ölkəmizin güc amilidir. Ordumuzu hərtərəfli döyüşə hazırlayırıq. Bunu heç kimdən də gizlətmirik. Ermənilərin narahatçılığı onunla bağlıdır ki, əgər ötən ilin aprelində onları ruslar xilas edibsə, indi bu olmaya bilər. Ona görə Ermənistan bütün mümkün variantlardan istifadə edir. Guya müasir silahlarla ordumuz aprel savaşında uğur qazandı. Halbuki heç 30% müasir texnikadan istifadə edilməmişdi. Biz sadəcə bizi qorumaq üçün düşmənin təxribatının qarşısını almaq istəyən xüsusi təyinatlılarımızı xilas etmək üçün müəyyən addımlar atdıq. Biz yalnız bir neçə epizoddan istifadə etdik, erməni həyasızlığının qarşısını almaq üçün. Ermənilərin narahatçılığına əsas var. Çünki bilirlər ki, Azərbaycan nəyin bahasına olursa-olsun ərazilərini azad edəcək. Bu, istənilən an baş verə bilər. Konkret ay, gün deyə bilmərik. Ölkə başçısı dəfələrlə deyib ki, biz kifayət qədər səbir, dözüm nümayiş etdirdik. Ermənistanda apreldə seçkilər olacaq. Biz onlar kimi naxələf deyilik. Seçkilərdə ölkənin qarışma ehtimalları yüksək görünür. Biz də digər tərəfdən vəziyyəti qarışdıra bilərik. Amma bu, erməni tərbiyəsinə və xislətinə aiddir. Azərbaycanın bu dəfə atacağı addımlar çox amansız və sərt olacaq. Bəzi dostlarımız sosial şəbəkələrdə pessimist fikirlər səsləndirirlər. Amma düşünürəm ki, narahat olmağa dəyməz. Ordumuz hər şeyə hazırdır. Ermənilərin dediklərindən aydın olur ki, Azərbaycan yaxın zamanda konkret qərar qəbul etmək zorunda qalacaq”.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycan torpaqlarını azad etmək üçün hərəkətə keçəcəksə, bu, ikinci aprel savaşı deyil, daha genişmiqyaslı əməliyyat olacaq: “Ermənilərin əndişələri buradan qaynaqlanır. Ermənilər ötən ildəki aprel savaşının cavabını vermək üçün dəfələrlə cəhdlər edib. Amma onların təxribatlarının qarşısı alınıb, ermənilər ciddi itkilər verərək geriyə çəkiliblər. Azərbaycanın konkret düşmən hədəflərini müəyyən etməsi erməniləri ciddi qorxuya salıb. Təsadüfi deyil ki, artıq son zamanlarda ermənilər təxribata əl atanda, ordumuz onlara təkcə cavab vermir, hərbi hədəflərini konkret vururlar. Apreldə Ermənistanda keçiriləcək seçkilərdə Sərkisyanın rəqibi Petrosyan sülh çağırışları ilə seçkilərə qatılır. Bu isə o deməkdir ki, seçkilər hakimiyyətə gələn və gedənlərin mübarizəsi ilə müşahidə olunacaq. Bu da müəyyən parçalanmalara səbəb ola bilər. Amma bu, Azərbaycanın əməliyyatlara başlayacağı anlamına gəlməməlidir. İstənilən halda döyüşlərin başlayacağı ilə bağlı nəsə deməyə çətinlik çəkirəm. Amma istisna hal kimi də qəbul etmək olmaz. Faktiki, döyüşlər hər gün gedir. Son zamanlarda hökumət səviyyəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atılan addımlar, verilən qərarlar onu göstərir ki, Azərbaycan bu məsələdə prinsipiallığını davam etdirir. Bu il münaqişənin həlli istiqamətində ciddi dönüş yaranacaq. Bu da Ermənistandakı seçkilərlə əlaqəli olmayacaq”. (musavat.com)
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər