Zakir Həsənovun təcili cəbhəyə getməsinin səbəbi - Müharibə başlayır?
Hadise
Oxunub: 692
23 fev 2017 | 18:38
Zakir Həsənovun təcili cəbhəyə getməsinin səbəbi - Müharibə başlayır?















"Düşmən çirkin əməllərindən əl çəkməsə, aprel hadisələri təkrar olunacaq"

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov azvision.az-ın suallarını cavablandırıb. Ekspert qısa müsahibəsində müharibənin hər an başlaya biləcəyinin anonsunu verib, müdafiə naziri Zakir Həsəovun təcili cəbhəyə getməsinin gerçək səbəbini açıqlayıb.

-Düşmənin cəbhə xəttində aktivləşməsi müşahidə olunur. Bu nə ilə bağlıdır?

- Biz bu aktivliyi gözləyirdik. Ermənilərin son günlər cəbhədə aktivləşməsi Ermənistan daxilində vəziyyətin gərgin olması ilə əlaqədardır. Hazırda ölkədə seçki kampaniyası aparılır, hakimiyyətdən narazıların sayı artır. Ermənistan rəhbərliyi hər zaman ölkədə etirazlar artanda, seçkilər öncəsi belə addımlar atırlar. Onlar daxili problemlərdən diqqəti yayındırmaq üçün belə edirlər. Sarkisyan rejimi etirazların artdığı məqamlarda Qarabağda gərginlik yaradır. Düşmənin diversiya qrupları təxribat törətməyə cəhd edir və hər dəfə ordumuz tərəfindən məhv edilirlər.

-İddia edilir ki, cəbhədə təxribatların intensivləşməsi müharibənin başlayacağından xəbər verir. Bu haqda nə deyə bilərsiniz?

- Onsuz da düşmənin bütün təxribat cəhdləri uğursuzluğa düçar olub və diversiya qrupları məhv edilib. Ermənistanda vəziyyət acınacaqlıdır. Məlumatlardan görünür ki, ölən erməni əsgərlərin anaları etiraz aksiyaları keçirirlər. Onlar övladlarının başqa torpaqlarda ölməsi ilə razılaşmırlar. Dtiraz edərək bildirirlər ki, nə üçün övladları Qarabağda, Azərbaycan torpaqlarında ölür?
Ümumiyyətlə, Ermənistan cəmiyyətini bu məsələ narahat edir. Azərbaycan tərəfi hər zaman bəyan edib ki, torpaqlarını işğaldan azad edəcək. Azərbaycan öz ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcək. Ali baş komandan İlham Əliyev bildirib ki, erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından.

-Bu yaxınlarda Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bildirib ki, lazım gələrsə döyüşlərdə "İskəndər” raketlərindən istifadə edə bilərlər. Düşmən tərəfi bununla hansı mesajı vermək istəyir?

-Doğrudur, bu günlərdə Ermənistanın müdafiə naziri "İskəndər” raketindən danışdı. Həmçinin Ermənistanın qərargah rəisi ordunun müasir silahlarla təchiz olunması ilə bağlı fikirlər səsləndirib. Bu fikirlər onların Qarabağ məsələsinə olan mövqeləridir. Bu fikirləri səsləndirənlər rəhbər şəxslərdir. Onlar Azərbaycan tərəfinin təklif ediyi sülh yolunu tutmaq istəmilər. Çıxışları göstərir ki, ancaq güc yolunu seçirlər. Onların son günlər təxribat addımları da bunu göstərir. Düşmən bilməlidir ki, Azərbaycan ordusu ən müasir silahlarla təchiz olunub. Hazırda cəbhə zonası ən müasir müşahidə cihazları ilə təmin olunub. Düşmənin hər bir hərəkəti daim izlənilir və nəzarət altındadır. Düşmən təxribata başlamamışdan əvvəl onun qarşısı alınır. Yayılan videogörüntülər də bunu sübut edir. Düşmən təxribatının qabaqcadan qarşısının alınması həmin görüntülərdə öz əksini tapıb.

- Bu gün müdafiə naziri Zakir Həsənov mövcud vəziyyəti yoxlamaq üçün cəbhə bölgəsində səfərə gedib. Nazirin səfərində əsas məqsəd nədir?

- Nazirin tez-tez cəbhə bölgəsinə səfəri qarşıya qoyulan tapşırıqları yerində araşdırmaq məqsədi daşıyır. Müdafiə Nazirliyinin rəhbərliyi daim ön cəbhədə olur. Yerindəcə vəziyyətlə tanış olurlar. Həmçinin orada lazımi tapşırıqlar verilir. Bu tapşırıqlar öz nəticələrini verir. İşğalçı tərəf bunun təsirini görür. Düşmənin istənilən hərəkətlərinə cavab verilir və itkiləri daha çox olur.
Düşmən tərəfitəxribat əməllərindən əl çəkməsə, bu itkilərin sayı daha çox olacaq. Azərbaycan ordusunu bu cür cəhdlərlə qorxutmaq olmaz. Azərbaycan əsgəri bilir ki, onun hər bir addımı haqq yolundadır. Bu, bizim tarixi vəzifəmiz və borcumuzdur ki, Azərbaycanın bütövlüyünü qoruyaq və torpaqlarımızı işğalçılardan azad edək.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin qarşısında qoyulan əsas tapşırıqlardan biri budur ki, bölmələrimiz tapşırıq yerinə yetirərkən ilk növbədə insan itkiləri az olmalıdır. Bu istiqamətdə tədbirlər görülür. Təmas xəttində təhlükəsizlik tədbirləri gücləndirilir. Bütün kompleks addımlar atılır.

-Düşmən təxribatları davam etdirsə, hansı cavab zərbələri ilə üzləşəcək?

-Onlar bu mövqeyi davam etdirdikcə itkiləri daha çox olacaq. Onların aktivliyi Azərbaycan Silahlı Qüvvələrini müəyyən addımlar atmağa vadar edir. Ordumuz hər bir təxribatın cavabını verməyə hazırdır. Bunlar erməni tərəfinin atdığı addımlardan asılı olacaq. Müharibə şəraitində yaşayırıq. Onların təxribat hərəkətləri diqqətlə izlənilir və qarşısını almaq üçün lazımı tədbirlər görülür.

Hazırki gedişlərdən hiss edirik ki, Qarabağ məsələsində sülh yanaşmasından daha çox hərb yanaşmasına meyilllik var. Ona görə də Azərbaycan ordusu bütün tədbirləri görür və düşmənin hər bir addımının qarşısı alınır.

Düşmən öz çirkin əməllərindən əl çəkməsə, aprel hadisələri təkrar olunacaq. Ancaq bu dəfə müəyyən bir ərazinin deyil, öz torpaqlarımızı azad etmək mərhələsinə keçəcəyik.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE