Bakıda qadın ərini yatızdırıb sevgilisiylə görüşə getdi — QANLI OLAY
Hadise
Oxunub: 701
10 mar 2017 | 10:03
Bakıda qadın ərini yatızdırıb sevgilisiylə görüşə getdi — QANLI OLAY














Arvadı ilə gəzən kişini öldürməyə cəhd etməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azerinfo.az teleqraf.com-a istinadən bildirir ki, Əlpaşa Məmmədov Kürdəmir şəhərində anadan olsa da, sonradan Bakı şəhərinə köçüb. Paytaxtın Yasamal rayonu Akim Abbasov küçəsi 9 ünvanında məskunlaşıb.

Keçmiş sevgilisi ilə münasibət

Əlpaşa Məmmədov 2010-cu ildə Rəqsanə Səlimova (ad və soyad şərti verilib - red.) ilə ailə həyatı qurub. Rəqsanənin Əlpaşa Məmmədovla ailə qurmamışdan əvvəl sevgilisi olub. Elbrus Səfərov adlı köhnə sevgili Rəqsanənin telefon nömrəsini taparaq zəng edib. Rəqsanə də telefon danışıqları zamanı Elbrus Səfərovun sözündən çıxa bilməyib və onunla münasibət saxlamağa razı olub.

Rəqsanə Səlimova 2014-cü ilin yay aylarına qədər Elbrus Səfərovla münasibət saxlayıb və görüşüb intim münasibətdə olublar. Rəqsanənin Elbrus Səfərovla münasibəti yaranandan sonra əri ilə arası soyumağa başlayıb. Bu, o həddə çatıb ki, Rəqsanə əri Əlpaşa Məmmədovdan boşanmaq qərarına gəlib.

Arvadı boşanmaq istədi, dəliyə döndü

Rəqsanənin ondan boşanmasını eşidən Əlpaşa Məmmədov dəliyə dönüb. O, həyat yoldaşını sevdiyini, ondan ayrılmaq istəmədiyini deyib. Amma Rəqsanə Səlimova israr edib. Bildirib ki, başqa bir kişi ilə münasibəti var, onunla ailə həyatı quracaq.
Əlpaşa Məmmədov həyat yoldaşını izləməyə başlayıb və onun kiminlə görüşməsini müəyyən etmək qərarına gəlib. 2014-cü ilin iyulun 21-də, gecə saat 2 radələrində həyat yoldaşının evdən çıxdığını görüb. Bu zaman Əlpaşa Məmmədov da yuxudan oyanıb və arvadını izləməyə başlayıb. Rəqsanə çox uzağa getməyib. O, evlərinin yaxınlığında münasibət saxladığı Elbrus Səfərovla görüşüb.

Qanlı olay

Həyat yoldaşının başqa kişi ilə görüşdüyünü görən Əlpaşa Məmmədovun gözünü qan örtüb. O, özü ilə əvvəlcədən götürdüyü bıçaqla həyat yoldaşı ilə görüşən Elbrus Səfərovun qarnına bir neçə zərbə vurub.

Elbrus Səfərov Rəqsanənin köməkliyi ilə vaxtında xəstəxanaya çatıb. İlkin tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Qanlı cinayəti törədən Əlpaşa Məmmədov hadisə yerindən qaçıb. Amma Əlpaşa Məmmədov çox uzağa gedə bilməyib. O, polis əməkdaşları tərəfindən həbs edilib. Əlpaşa Məmmədov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

5 il cəza

Əlpaşa Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Əlpaşa Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əlpaşa Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Əlpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib. Yuxarı instansiya məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada da Əlpaşa Məmmədovun kasasiya qaydasında verdiyi şikayəti təmin edilməyib.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb