İsmayıllıdakı qumbara partlayışının təfərrüatları
Hadise
Oxunub: 656
10 mar 2017 | 20:32
İsmayıllıdakı qumbara partlayışının təfərrüatları













Ötən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarda yerləşən çayxanada törədilən partlayış əl qumbarasının işə salınması nəticəsində baş verib.

APA xəbər verir ki, iki nəfərin yaralandığı partlayışın bəzi təfərrüatları məlum olub. İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun bazar ərazisinə hərbi təlim qumbarası gətirib, oradakı insanlara hədə-qorxu gəldiyi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarından ibarət əməliyyat qrupu əraziyə gedib və üzərində partlayıcı qurğu olan şəxsi zərərsizləşdirməyə çalışıb. Polis əməkdaşları Zakir Kazımova yaxınlaşan zaman o əlindəki qumbaranı çayxananın qarşısında yük arabasının altına ataraq qaçıb. Əl qumbarası böyük partlayışa səbəb olub, geyim mağazalarının və çayxananın şüşələri sınıb.

Hadisə zamanı bazarda heç kim olmadığı üçün daha böyük faciə baş verməyib və insan tələfatı olmayıb. Çayxanada olan 3 nəfərdən ikisi - rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini, 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisəni törədən Zakir Kazımovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. O, saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda onun əl qumbarasını haradan alması və bazara nə üçün gətirməsinin səbəbi araşdırılır.
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA