24-11-2014, 00:29 Oxunub: 1 445

Şirvan sakini qonşusunu ürəyindən bıçaqlayıb

Şirvan sakini qonşusunu ürəyindən bıçaqlayıb


















Əsədi əməliyyat olunsa da, çoxlu qan itirdiyindən onu xilas etmək mümkün olmayıb.

Şirvan sakini qonşunu qətlə yetirib.

Şirvan Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Şirvan şəhəri Neftçilər küçəsi, 36 ünvanında yaşayan, 1967-ci il təvəllüdlü Əsədi İlham Hüseynağa oğlu, ötən gün saat 20:35 radələrində qonşusu, Neftçilər küçəsi 5 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Əliyev Rasim Müzəffər oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə ürək nahiyəsindən bıçaq yarası diaqnozu ilə daxil olan İ. Əsədi əməliyyat olunsa da, çoxlu qan itirdiyindən onu xilas etmək mümkün olmayıb. Qətlin hansı səbəblərdən baş verdiyini istintaq araşdırır.

R.Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
22 yaşlı gənc söyüşə qurban getdi 22 yaşlı gənc söyüşə qurban getdi Kriminal Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır Bolge Mehriban Əliyeva və qızları Bakı Kristal Zalında Mehriban Əliyeva və qızları Bakı Kristal Zalında Medeniyyet Gəncədə diş texniki qətlə yetirilib Gəncədə diş texniki qətlə yetirilib Hadise