Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın atası danışdı: "...xəbərimiz var"
Hadise
Oxunub: 795
28 apr 2017 | 13:33
Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın atası danışdı: "...xəbərimiz var"
















Gəncə Dövlət Universitetinin tələbəsi olanAyla Əliyevanın tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir-red.) qoşulub qaçması barədə xəbər ölkə mediasında müzakirə edilən hadisələrdən idi

Rəfiqəsinə qoşulub qaçdığı iddia edilən Ayla Əliyevanın atası Aslan İsmayılov modern.az-la əlaqə saxlayaraq, bu haqda açıqlama verib. Ata yayılan xəbəri dezinformasiya adlandırıb.

"Bizim qızımızın hara getdiyindən və kiminlə olduğundan xəbərimiz var. Qızım yaxın rəfiqələri ilə Şəkiyə gəzintiyə getmişdi. Qızlardan birinin telefonu xarab olduğu üçün ailəsi ilə əlaqə saxlaya bilməyib. Normal olaraq ailə də narahat olub. Nəticədə qarşı tərəfin ailəsi polisə müraciət edib və hadisə böyüyüb. Qızların qoşulub qaçması ilə bağlı məlumatı dezinformasiyadan başqa bir şey deyil. Bu məlumatın necə yarandığını bilmirik. Ayla (şərtidir-red) hazırda yanımızdadır. Biz kiminsə təkidi ilə qızımızı universitetdən uzaqlaşdırmamışıq. Belə xəbərləri yayan insanlar qızın gələcəyini, ailəsini düşünmürlər. İnsanın mənəviyyatı, şərəfi ilə oynayırlar. Bir insana ləkə yaxmaq bu qədər asan olmamalıdır. Qızımla sevgili olduğu iddia edilən qız da hazırda ailəsinin yanındadır. Çox yaxın rəfiqələr olduğu üçün belə məlumatlar yayıblar. Halbuki, o qız nişanlıdır. Bu xəbəri yayanlar qızın özünü öldürə biləcəyini düşünmədilərmi? Biz axı mentalitet, adət-ənənə ilə yaşayan insanlarıq. Qızımın, guya, Türkiyəyə qaçdığını da deyirlər. Axı onun heç xarici pasportu da yoxdur! Bu, necə ola bilər?

Ölkəmizdə bu qədər problem var, insanların bu qədər dərdi var. Bir çox saytlar bunları işıqlandırıb müzakirə etmir, ancaq bir neçə qızın gəzməyə getməsini müzakirəyə çıxarır. Mən valideyn olaraq çox narahatam. Xahiş edirəm belə saytlar xəbərlərinə diqqət etsin. Mənim qızım bu xəbərlərdən sonra həyatına necə davam edəcək?"
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE