MTN polkovniki İlqar Əliyev bu ifadəni verdikdən 5 gün sonra özünü asdı – TAM MƏTN
Hadise
Oxunub: 762
3 may 2017 | 22:06
MTN polkovniki İlqar Əliyev bu ifadəni verdikdən 5 gün sonra özünü asdı – TAM MƏTN

















Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, həbsdə intihar etmiş polkovnik İlqar Əliyevin istintaq zamanı verdiyi ifadə məlum olub.

İ. Əliyev 2015-ci il dekabrın 15-də ifadə verib. Bundan beş gün sonra intihar edib.

İ.Əliyev ifadəsində Maqsud Mahmudovun haqlı olduğunu deyib. Bildirib ki, Eldar Mahmudov Tərlan adlı şəxs barəsində təqsirləndirici material toplamaqları barədə idarə rəisi Elçin Quliyevə şifahi göstəriş verib. Elçin Quliyev də bu məsələ ilə məşğul olmağı ona tapşırıb: "Mən də Tərlanın istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı şəxslə konfliktinin olduğunu müəyyən etdim. Bundan sonra Markı nazirliyə dəvət etdik və Tərlanın qanunsuz əməlləri barədə məlumat aldıq. Bu barədə nazirə məruzə edildi. Daha sonra Tərlan Bakı şəhər Prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməsini xahiş etdi. Bununla bağlı Mark ərizə yazdı. Daha sonra Elçin Quliyevə məruzə edərək razılığını aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etməsini Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyevə tapşırdım".





İlqar Əliyev ifadəsində bildirib ki, Azər Mehdiyev Maqsudu dəvət etdikdən sonra xidməti otağında ona hədə-qorxu gəlib: "Buna görə də Maqsud otaqda qusmuşdu. İşçilərdən kimsə bu barədə mənə məlumat verdi. Mən də Azərin otağına gedərək Maqsudu orada gördüm. Bir qədər sonra Azər yanıma gələrək Maqsudun 50 min ABŞ dolları məbləğində pul vermək istədiyini bildirdi. Mən də bu barədə Elçin Quliyevə məruzə etdim. Elçin Quliyev isə 50 min dolların az olduğunu dedi, Maqsudun 200 min ABŞ dolları verməsini tələb etdi. Bu barədə Azərə dedim və daha sonra Azər getdi".

İlqar Əliyevin ifadəsinə görə, bir qədər sonra Azər yenidən gələrək Maqsudun 150 min ABŞ dollarından artıq pul verə bilməyəcəyini deyib: "Mən də Elçin Quliyevin yanına gedərək bu barədə məruzə etdim. Elçin Quliyev də mənim yanımda sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min ABŞ dolları verə biləcəyini bildirdi. Eldar Mahmudov da razılıq verərək, Maqsudun MTN-dən çıxmasına icazə verdi. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə verdi. Azər də öz növbəsində mənə verdi. Hətta bəzi vaxtlarda Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə qızıl-zinət əşyaları göndərdi. Lakin həmin əşyaları geri qaytarıb, pul gətirməsini istədik".

İki ay müddətində Maqsudun hissə-hissə 120 min ABŞ dolları pulu Azərə verdiyini deyən İ. Əliyevin sözlərinə görə, bu haqda Eldar Mahmudova məruzə edilib. E. Mahmudov isə həmin puldan 70 min ABŞ dollarının köməkçisi Vüqar Mahmudova verməsini, qalan 50 min dolları isə baş idarə daxilində bölməsini istəyib: "Elçin Quliyev də 70 min ABŞ dollarını Vüqar Mahmudova göndərdi, 20 min ABŞ dollarını özü götürdü, 10 min ABŞ dollarını mənə verdi, 10 min ABŞ dollarını bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi, 10 min ABŞ dollarını isə ərizəçi Mark Şamilova verdilər".

Qeyd edək ki, İlqar Əliyevin intihar etməsi ilə bağlı onun barəsində olan cinayət təqibinə xitam verilib.

Xatırladaq ki, biznesmen Maqsud Mahmudov bildirib ki, MTN-də ondan külli miqdarda pul tələb edilib. MTN-dən bildiriblər ki, həmin pulu verməsə, İŞİD-ın üzvü və ya narkobaron kimi həbs ediləcək. Onun sözlərinə görə, iş adamını telefonla təmas qurduğu xanımla da şantaj ediblər.

M. Mahmudov bildirib ki, həmin hadisədən sonra avtomobil və digər əmlaklarını sataraq pulu MTN əməkdaşlarına verib.


///apa
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...