Masallıda dəhşət: sünnət olunan uşaq öldü - Həkim azyaşlıya qışqırıb, babasını qovub
Hadise
Oxunub: 975
4 may 2017 | 12:13
Masallıda dəhşət: sünnət olunan uşaq öldü - Həkim azyaşlıya qışqırıb, babasını qovub

















Dünən Masallı rayonunun Musaküçə kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb

Lent.az xəbər verir ki, sünnət vaxtı ölən 5 yaşlı Hüseynov Kənan Abutalıb oğlunun atası keçən il yol qəzasında vəfat edibmiş. Ailənin tək övladı olan Kənanı sünnət etdirmək istəyən doğmaları Ramiz Sadıqov adlı həkimi dəvət edib. Bu zaman uşağın ağladığını görən həkim ona iki sakitləşdirici vurub. Amma uşağın sakitləşmədiyini görən həkim onun üstünə qışqırıb. Azyaşlının babası uşağa su vermək istəsə də, həkim buna etiraz edib və hamını otaqdan çıxarıb.

Yaxınları bildiriblər ki, 5 yaşlı Kənan babasına yalvararaq otaqda qalmasını istəyib, lakin həkim onun da bayıra çıxmasını tələb edib. Bir qədər sonra isə iynələrin təsirindən Kənan vəfat edib. Çıxılmaz vəziyyətə düşən Ramiz Sadıqov cəsədi götürərək qaçmaq istəyib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırmalara başlanılıb. artıq körpənin meyitinin xarici və daxili müayinəsi həyata keçirilib. 5 yaşlı uşağın ölümünə səbəb olan 70 yaşlı həkim isə hələlik saxlanılmayıb.


***
03.05.2017
21:01

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib

"Report" məlumatına görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Belə ki, valideynləri 5 yaşlı Kənan Abutalıb oğlu Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir və hazırda xəstəxanada işləmir.

Faktla bağlı araşdırma aparılır.
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM