“Qanuni oğru”ların savaşı: “Lotu Quli” - həm öndə, həm hədəfdə...
Hadise
Oxunub: 750
5 may 2017 | 10:30
“Qanuni oğru”ların savaşı: “Lotu Quli” - həm öndə, həm hədəfdə...
















Son günlər Nadir Səlifov ətrafında proseslər niyə yenidən “canlanıb”?

Ötən ili avqustunda MDB məkanında ən titullu “qanuni oğru”lardan hesab edilən Rövşən Canıyevin (“Lənkəranski”) qətlə yetirilməsindən sonra azərbaycanlılar arasında Nadir Səlifovun (“Lotu Quli”) önə çıxacağı gözlənilən idi. 1995-ci ildən həbsdə olan “Lotu Quli” 2013-cü ildə qətlə yetirilən “Aslan Usoyan klanına yaxın hesab olunurdu və bu və digər səbəblərdən bir çox azərbaycanlı ”qanuni oğru" ilə ciddi konfliktdə idi.

Bu illər ərzində həm “Quli”yə yaxın olan, həm də ona qarşı olan “qanuni oğru”lardan öldürülən və dünyasını dəyişənlər olub. Mirseymur Abdullayevi (“Nardaranlı Mirseymur”), Hikmət Muxtarovu (“Sabirabadlı Hikmət”) və “Rövşən Lənkəranski”ni yada salmaq kifayətdir. “Quli” də Otar Bədəlov (“Otar”) , Baxış Əliyev (“Vaxa”) və Dadaş İbrahimov ( “Novxanılı”) və s. kimi ona yaxın hesab edilən adamları bu amansız savaşda itirib. Məmməd Hüseynovun (“Masallı Mamed”) həbsxanada dünyasını dəyişməsindən, “Lənkəranski”nin isə öldürülməsindən sonra “Quli” heç şübhəsiz ki, Azərbaycanda “köhnə torpaq”lar sırasında ən önə çıxıb. Düzdür, sağ qalan “qanuni oğru”lar sırasında da kriminal aləmdə kifayət qədər tanınanlar (“Yunus Yasamalski” və “Arif Sumqayıtski” ) hələ də var. Amma “Lotu Quli” Azərbaycanda həbsdə olan yeganə “qanuni oğru” kimi indi həm öndə, həm də hədəfdədir.

Rusiya mətbuatının iddiasına görə, Rusiyada azərbaycanlılardan ibarət kriminal dəstələrin “Lotu Quli”nin ətrafında toplaşması prosesi gedir. “Lotu Quli” yeni kriminal qruplaşmanın lideri və hazırda o, ən güclü yaraqlılar “ordusuna” malik olan “qanuni oğru” kimi təqdim edilir. Həmin məlumatlarda “Rəşad Gəncinski” kimi tanınan digər kriminal avtoritet Rəşad İsmayılovun da “Quli”nin klanına qoşulduğu bildirilirdi.
“Qanuni oğru”ların savaşı: “Lotu Quli” - həm öndə, həm hədəfdə...

Məlumatlarda deyilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alıb. “”Lotu Quli"nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla, böyük şəhərlərdən sıxışdırıb çıxarmaqdadır. Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər" deyə, Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirmişdi.

Son günlər “Lotu Quli” ətrafında proseslər yenidən “canlanıb”. Əvvəl “Rəşad Gəncinski”nin adı “göyərti kralı” kimi tanınan Canpolad Şamiloğlunun qətlinin sifarişində hallandı. Sonra isə “Quli” ilə birgə cəzaçəkmə müəssisəsində cəza çəkmiş Cabir Həsənovun öldürülməsi və onun adının “Lənkəranski”nin qətlində iştirakçı kimi keçməsi iddiası ortaya atıldı. Rusiya mənbələri C.Həsənovun aprelin 28-də Sankt-Peterburqda öldürülməsini Rafiq Eyvazovun (“Rafiq Masallinski”) intiqamı kimi izah edir. Məlumatda deyilir ki, nümayişkarənə şəkildə cəzalandırılan “Rafiq Masallinski” bu qətldən sonra yaxın ətrafına “sırada daha 6 nəfər qaldı” deyib. Bu isə onun təhqir olunmasının videosunun yayılmasında iştirak edənlərin hamısının cəzalandırılacağı və savaşın yenidən qızışacağı kimi izah edilir.
“Qanuni oğru”ların savaşı: “Lotu Quli” - həm öndə, həm hədəfdə...

Bildirilir ki, “Masallı Mamed”in qohumu olduğu deyilən Rafiq 2012-ci ildə “tac” alıb. O, 2013-cü ildə Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın primecrime.ru saytı bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov “qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə “Lotu Quli”yə rəqib olmalı imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, “zon”da “qanuni oğru”nun “Quli” deyil, onun olduğu sübuta yetirilsin.

2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmadı. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi bilinmədi. R.Eyvazovun sərt cəzalandırılmasının da bu məsələyə görə olduğu və “Quli”nin adamlarının etdiyi iddia olunur.


Göründüyü kimi, həm “Gəncinski”nin sifarişli qətldə adının keçməsi, həm Cabir Hüseynovun öldürülməsi və “Masallı Rafiq”in intiqam almağa başlamasında əsas fiqur “Lotu Quli”dir. 2021-ci ildə azadlığa çıxacaq, azərbaycanlı “qanuni oğru” önə çıxdığı kimi, həm də hədəfdədir...
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR