8-12-2014, 14:45 Oxunub: 1 632

Bakıda oğlanı zorlamaq istəyən ustaya hökm oxundu

Bakıda oğlanı zorlamaq istəyən ustaya hökm oxundu


















Hadisədən sonra oğlan bu barədə valideynlərinə bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetmə oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətlərində təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının qərarı ilə R.Rüstəmov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, olay bu ilin avqustunda Sabunçu rayonunda baş verib. Rayondakı ayaqqabı köşklərindən birində usta işləyən R.Rüstəmov yanına müştəri kimi gələn yeniyetmə oğlanı zorlamağa cəhd edib. Hadisədən sonra oğlan bu barədə valideynlərinə bildirib. Onlar da polisə şikayət ediblər və R.Rüstəmov saxlanılıb.

Ramil Rüstəmova Cinayət Məcəlləsinin 150.1 (Zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluq deputatın qardaşı oğlunun qəzası ilə bağlı məlumat yayıb Baş Prokurorluq deputatın qardaşı oğlunun qəzası ilə bağlı məlumat yayıb Sosial Üç tələbənin bir qıza olan məhəbbəti faciə ilə nəticələndi Üç tələbənin bir qıza olan məhəbbəti faciə ilə nəticələndi Hadise Azərbaycanda polisin bacısını oğurlamaq istəyənlərdən xəbər var Azərbaycanda polisin bacısını oğurlamaq istəyənlərdən xəbər var Hadise Gəncədə dəhşət: Oğlan tibb bacısını öldürüb atasının evində basdırdı Gəncədə dəhşət: Oğlan tibb bacısını öldürüb atasının evində basdırdı Hadise Azərbaycanda vətəndaşlardan 1 milyon manat oğurlayanlara hökm oxundu Azərbaycanda vətəndaşlardan 1 milyon manat oğurlayanlara hökm oxundu Hadise