Deputatın səhhəti ilə bağlı oğlundan AÇIQLAMA
Hadise
Oxunub: 809
14 may 2017 | 18:05
Deputatın səhhəti ilə bağlı oğlundan AÇIQLAMA














Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının səhhətinin pisləşməsinə görə xarici ölkələrin birində müalicəyə getməsi haqda xəbərlərə oğlu münasibət bildirib.

Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalıyev modern.az-a bildirib ki, atası haqda yazılanların heç bir əhəmiyyəti yoxdur:

"Əminliklə deyirəm ki, Fəzail müəllimin səhhətində heç bir problem yoxdur. Sadəcə, istirahətə gedib. Tam istirahətdə olduğu üçün mətbuatda görünmür. Bu istirahət şəxsi işlərlə bağlıdır. Yayda müəyyən işləri nəzərə alaraq istirahətini indi həyata keçirməyə qərar verib. Yay aylarında hansısa xarici ölkəyə gedib dincəlmək üçün istirahət götürməyəcək. Azərbaycanda istirahət deyəndə ancaq yay nəzərdə tutulur. Xaricdə isə belə deyil. Qış yaz, payız aylarında da istirahət etmək mümkündür. Fəzail müəllimin yaz aylarında istirahət etməsində təəccüblü heç nə yoxdur".

Fəzail Ağamalının oğlu atasının pəhriz saxlaması xəbərinə də aydınlıq gətirib:

"Fəzail müəllim Azərbaycana dönəndə qiyməti o zaman verərsiniz. Onu da deyim ki, arıqlamaq səhhətdə yaranmış hansısa problemlə bağlı olmaya bilər. Çünki müasir zamanda köklükdən fərqli olaraq arıqlıq sağlamlıq əlaməti sayılır. Əgər kimsə getdiyi məkandan arıq formada geri dönürsə, bu, həmin şəxsin daha sağlam həyat tərzi keçirdiyinə bir işarədir. Yeri gəlmişkən, deyim ki, Fəzail müəllim ölkədə olmasa da, həm oğlu, həm də partiya yoldaşı kimi gün ərzində bir neçə dəfə onunla əlaqə saxlayırıq. Ölkədəki və dünyadakı prosesləri yaxından izləyir".

Atasının hansı ölkədə dincəlməsinə gəlincə, Elçin Ağamalıyev bunun sirr qalmasını tövsiyə edib: "Fəzail müəllimin hansı ölkədə istirahət etməsini açıqlamaq istəmirəm. Amma istirahətini yaxın ölkələrin birində həyata keçirir"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"