“4 iyun qiyamı Qarabağda müharibənin başa çatdırılması planını əngəllədi”
Hadise
Oxunub: 638
4 in 2017 | 11:20
“4 iyun qiyamı Qarabağda müharibənin başa çatdırılması planını əngəllədi”

















"Kəlbəcər azad edilməsi ilə yanaşı, əraziyə ATƏT-in sülhməramlı qüvvələrinin də daxil edilməsi nəzərdə tutulmuşdu"

Sabah 1993-cü ilin 4 iyun qiyamının növbəti ildönümüdür.

Bu günədək cəmiyyətdə bir çoxları bu qənaətdədir ki, 4 iyun qiyamı Qarabağ müharibəsinin taleyinə birbaşa təsir göstərib və Azərbaycanın məğlubiyyətinin əsas səsəblərindən biri və bəlkə də birincisi olub.

Doğrudanmı bu qiyam olmasaydı, Azərbaycan Qarabağ cəbhəsində məğlubiyyətdən qismən də olsa qaça, işğalın miqyasını az da olsa məhdudlaşdıra bilərdi?

Açıqlama verən AXP sədri Pənah Hüseyn məsələ ilə bağlı maraqlı fikirllər səsləndirib:

“Hesab edirəm ki, bu hadisəyə faktlarla və o dövrün reallıqlarına söykənərək münasibət bildirmək daha doğru olar. Reallıq isə ondan ibarət idi ki, Kəlbəcər işğal olunandan sonra Ermənistanın hücumu dayandırılmışdı, bir sıra mövqelərdə, o cümlədən Murov istiqamətində bir sıra yüksəkliklər qaytarılmışdı. Həmin prosesdən sonra Ermənistanla qondarma Dağlıq Qarabağdakı rejim arasında ziddiyyətlər dərinləşmişdi. BMT-nin Təhlükəsizlik Şurasında işğal edilmiş ərazilərin azad edilməsi ilə bağlı qətnamə qəbul olunmuşdu. Təxminən aprelin 14-dən başlayaraq faktiki atəşkəs elan olunmuşdu. Əvvəl Rusiyanın, daha sonra Türkiyə və ABŞ-ın sülh planı müzakirə olunub hazırlanmışdı. Bu plana əsasən Kəlbəcərin azad edilməsini, münaqişənin tənzimlənməsi üzrə qrafiki özündə ehtiva edən sənəd hazırlanmışdı. Bu sənəd Azərbaycan və Ermənistanın baş nazirləri tərəfindən imzalanmışdı.

Iyunun 7-də, hətta qiyam başlayandan sonra da bu, ATƏT-in sənədi kimi irəli sürülmüşdü. Bu isə iyunun 20-nə qədər Kəlbəcərin işğaldan azad edilməsini nəzərdə tuturdu. Ciddi təzyiqlərin, eləcə də Ermənistan hakimiyyətinin də təzyiqləri altında qondarma Dağlıq Qarabağ qurumu da bu planı təsdiqləmişdi. Faktiki olaraq 1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla bütünlükdə müharibənin başa çatdırılması üçün çox ciddi şans yaranmışdı. Çünki Kəlbəcər azad edilməsi ilə yanaşı, əraziyə ATƏT-in sülhməramlı qüvvələrinin də daxil edilməsi nəzərdə tutulmuşdu.

Həmin vaxt Dağlıq Qarabağdakı qondarma qurumun daxilində ciddi böhran yaşanırdı. Qondarma qurumun parlament sədri istefa vermişdi. Azərbaycanda isə aprel-may aylarında sənayedə 12% artım müşahidə olunmuşdu. Neft kontraktları hazırlanmışdı və iyulun 4-də imzalanması gözlənilirdi. Mart ayından sonra Bakı-Ceyhanla bağlı ilk sənəd imzalanmışdı. Bakı-Ceyhanın bir hissəsinin Ermənistandan keçməsi məsələsi müzakirə edilirdi. Ölkə daxilində çox ciddi işlər aparılırdı. Orduya çağırış artıqlaması ilə təmin edilmişdi. Payızda parlament seçkilərinin keçirilməsi və seçki qanununun müzakirəsi nəzərdə tutulurdu. Bütün bu işlərin həyata keçirilməsi ilə yanaşı, Qarabağda müharibənin başa çatdırılması planını 4 iyun qiyamı heçə endirdi.

Bu qiyam başlayandan sonra düşməndə bel bir inam yarandı ki, müharibənin davam etdirilməsi onlara uğur gətirəcək. Ermənistan bu hadisədən sonra ATƏT-ə məktubunda Rusiya, Türkiyə və ABŞ-ın sülh planının icrasının dayandırılmasını Azərbaycanda hakimiyyətlə bağlı qeyri-müəyyənliyin yaranması ilə izah etmişdi. Bu baxımdan da hansı məqsədləri güdməsindən asılı olmayaraq 4 iyun qiyamı milli xəyanət idi”. (moderator.az)
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!