Ürəyinizi parçalayacaq görüntü: Uşaq evində 18 yaşlı qıza işgəncə - “İntihara cəhd etdim” + Video
Hadise
Oxunub: 561
7 in 2017 | 10:22
Ürəyinizi parçalayacaq görüntü: Uşaq evində 18 yaşlı qıza işgəncə - “İntihara cəhd etdim” + Video

















Şəki Qarışıq Tipli Uşaq Evində tükürpədici olay barədə məlumat var. Uşaq evində yaşayan kimsəsiz qıza işgəncə verildiyi iddia edilir. Iddiaya görə, işgəncədən sonra 18 yaşlı Aysel özünü asmağa cəhd edib. Uşaq Evinin səlahiyyətliləri tərəfindən isə intihara müdaxilə olunub və baş verəcək bədbəxt hadisənin qarşısı alınıb

Qeyd edək ki, kimsəsiz qızla bağlı görüntülər “Uşaq Evlərinə Qayğı” İctimai Birliyi tərəfindən ortaya çıxarılıb . Belə ki, təşkilat rəhbəri Sahib Teymurovun işğəncəyə məruz qalmış Aysellə videomüsahibəsi yayınlanıb. Videomüsahibədə uşaq evinin 18 yaşlı sakini dəfələrlə döyülüb, müxtəlif işğəncələrə məruz qaldığını iddia edib.

Videomüsahibədə Aysel uşaq evində onlara göstərilən laqeyd münasibətdən və dəfələrlə döyülməsindən şikayətlənir. Qızın dediyinə görə, mütəmadi işgəncələrə dözə bilmədiyi üçün özünü asaraq öldürmək istəyib: “Bizi burada çox incidirlər. Döyürlər nədir, işğəncə verirlər. Taxta ilə, çubuqla başımıza, belimizə vururlar. O qədər döyülürdüm ki, özümü asmaq istədim. Elə günə qoyurdular ki, həyatdan bezirdim. Bura çox ürəksıxıcı yerdir. Bir- iki nəfər var ki, onlar bizi mütəmadi döyür. Əsasən bizi döyən qadın müəlimələrdir. Fikirləşirəm ki, kimsəsizəm deyə mənə belə davranırlar. Valideynim olsaydı, heç kəs mənə belə etməzdi”.

Videomüsahibədə Şəki Uşaq Evinin dözülməz şəraiti ilə bağlı mənzərə də əks olunub. Bina uçulub-sökülmüş tavanlardan, qopulmuş döşəmə və divarlardan, viran qalmış otaqlardan ibarətdir.

Mənbənin dediyinə görə, İlhamə Məmmədova baş verənlərin ictimailəşməsindən ehtiyatlanaraq, işdən çıxmaq barədə ərizə yazmağı da düşünür.

Olayla bağlı Şəki Qarışıq Tipli Uşaq Evinin rəhbəri İlhamə Məmmədova cebhe.info-ya açıqlamasında kimsəsizlər evində işğəncə faktının baş verməsi barədə məlumatın həqiqətəuyğun olmadığını deyib: “Belə bir fakt yoxdur. Tamamilə şər, böhtan və yalnış bir məlumatdır. Ona görə ki, o videoda danışan qıza təzyiq olunub, öyrədilib. Həmin qız hazırda bu uşaq evində tərbiyə alır”.

18 yaşlı qıza danışması üçün təzyiq edilməsinə gəlincə, İlhamə Məmmədova “Bununla bağlı sübutum var ki, o da canlı uşağın özüdür. Uşaq dediklərini inkar edir” deyə bildirib.

“O zaman qızın özü açıqlama verə bilərmi” sualımıza İlhamə Məmmədova belə cavab verib: “Şəki İcra Hakimiyyətindən icazə vərəqəniz olsa, buyurun açıqlama götürün”.

Müəssisə rəhbəri onu da əlavə edib ki, bütün kollektiv, başda müdir olmaqla videonu çəkən şəxsi (“Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov nəzərdə tutulur-red.) haqqında hüquq-mühafizə orqanlarına şikayət edəcək: “Artıq sənədlər hazırlanır”. (musavat)

Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"