Valideynlərinə "yatmağa gedirəm" deyən 14 yaşlı qızı sevgilisi zorladı - Mehdiabadda dəhşət
Abşeron rayonunda 16 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən Mehdiabad qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü İbrahim Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, İbrahim Şükürovla Mehdiabad qəsəbəsində qonşusu, 2001-ci il təvəllüdlü Almaz Mehdiyeva (ad və soyad şərti verilib -H. Z.) arasında sevgi münasibətləri olub.
Əvvəlcə telefonla danışan gənclər sonradan görüşməyə başlayıblar. İbrahim Şükürov özündən 10 yaş kiçik qızla dəfələrlə görüşüb, şəhərin müxtəlif əyləncə yerlərinə gedib, orada əyləniblər.
Sonuncu dəfə İbrahim Şükürov Almaz Mehdiyeva ilə 2015-ci ilin sentyabrın 10-da görüşüb. Gecə saat 22 radələrində valideynlərinə "yatmağa gedirəm" deyən Almaz xəlvətcə bayıra çıxıb.
Almaz Mehdiyeva kənarda onu gözləyən İbrahim Şükürovun yanına gəlib. O, İbrahimin idarə etdiyi "VAZ 2107" markalı avtomobilinə minib. İbrahim bu dəfə 16 yaşlı qızı paytaxta əyləncə yerlərinə yox, Mehdiabaddakı sökülmüş mal-qara fermasına aparıb.
İbrahim Şükürov fermada qızla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub. O, seksual xarakterli hərəkətlərini sonra da davam etdirib. İbrahim Şükürov qıza deyib ki, toydan əvvəl oğlanla qızın intim münasibətdə olması normal haldır. Orada qıza evlənmək barədə vəd verən İbrahim Şükürov sonra qızın telefon zənglərinə cavab verməyib.
Bundan sonra qız baş verən olayı anasına danışıb. Almazın anası baş verən hadisə ilə bağlı Mehdiabad polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında İbrahim Şükürov saxlanılıb.
İbrahim Şükürova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə İbrahim Şükürov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (unikal.org)
Bu gün, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Bu gün, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Bu gün, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Bu gün, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Bu gün, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Bu gün, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Bu gün, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Bu gün, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Bu gün, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Bu gün, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Bu gün, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Bu gün, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Bu gün, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Bu gün, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Bu gün, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Bu gün, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Bu gün, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Bu gün, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”