Uşaq evində işgəncəyə məruz qaldığı deyilən qızdan - Şok açıqlama
Hadise
Oxunub: 614
9 in 2017 | 12:28
Uşaq evində işgəncəyə məruz qaldığı deyilən qızdan - Şok açıqlama

















Şəki Qarışıq tipli Uşaq evində yaşayan Hüseynova Aysel Vasif qızının döyülərək işgəncə verilməsinə dair "Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla bağlı Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Şəki Regional Mərkəzinin əməkdaşları bu il iyunun 7-də Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparıb

Qurumdan verilən məlumata görə, həmin müəssisənin müdiri Məmmədova İlhamə Tofiq qızı bildirib ki, 24.04.1998-ci il təvəllüdlü Aysel Hüseynova 2007-ci ildən Şəki Qarışıq tipli Uşaq evində tərbiyə olunur və hazırda Peşə məktəbində təhsil alır. Bu müəssisəyə nənəsi tərəfindən gətirilib. Ayselin atası vəfat edib, anası isə Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2013-cü ildə valideynlik hüququndan məhrum edilib.

Eyni zamanda İ.Məmmədova qeyd edib ki, A.Hüseynovanın Uşaq evinin müəlliməsi Mirvari Əsgərova tərəfindən döyülərək işgəncə verilməsi barədə "Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla 03.06.2017-ci il tarixdə tanış olub.

Şəki Qarışıq tipli Uşaq evinin müəlliməsi Mirvari Əsgərova 1987-ci ildən burada tərbiyəçi müəllimə işlədiyini, onun tərəfindən A.Hüseynovaya qarşı heç vaxt hər hansı təzyiq və işgəncəyə yol verilmədiyini bildirib", - Ombudsman Aparatından əlavə olunub.

Qeyd olunub ki, araşdırma zamanı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən A.Hüseynova ilə konfidensial şəraitdə görüş keçirilib: "Görüş zamanı o, heç bir müəllimi tərəfindən işgəncəyə məruz qalmadığını, uşaq evinin müdiri və müəllimələri tərəfindən ona hər zaman qayğı ilə yanaşıldığını qeyd edib.

Həmçinin A.Hüseynova bildirib ki, 2016-cı ilin yay aylarında özünü Sahib Teymurov olaraq təqdim etmiş şəxs uşaq evinə gələrək onunla və digər uşaqlarla görüşüb, özünün də vaxtı ilə uşaq evində yaşadığını və uşaqlara köməklik etmək istədiyini söyləyib.

A.Hüseynova sonra bildirib ki, S.Teymurov başqa uşaqlardan kənarda onunla görüşərək dediklərini təkrarlayacağı halda ona 20 manat pul verəcəyini və aralarında olan söhbəti heç kimə deməyəcəyini vəd edib, bundan sonra S.Teymurovun dediklərini təkrarlayaraq müəlliməsi M.Əsgərova tərəfindən döyülərək işgəncəyə məruz qaldığını və özünü öldürmək istədiyini deyib, S.Teymurov bu zaman onun dediklərini video kameraya çəkib və ona 20 manat pul verib.

Araşdırma zamanı uşaq evində tərbiyə olunan digər şəxslərlə də konfidensial şəraitdə keçirilmiş görüş zamanı onlar Uşaq evinin müdiri və müəllimləri tərəfindən heç vaxt hər hansı təzyiq və işgəncəyə məruz qalmadıqlarını bildiriblər.

Araşdırmanın nəticələri ilə bağlı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq Aktlar tərtib edilib. Həmin aktlar A.Hüseynova və görüş keçirilmiş digər şəxslər tərəfindən imzalanıb.

Müəssisənin müdiri İ.Məmmədova uşaq evində tərbiyə olunan uşaqlara qarşı heç zaman işgəncəyə yol verilmədiyini, baş vermiş hadisə ilə əlaqədar 07.06.2017-ci il tarixdə Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi müraciət etdiyini söyləyib.

Şəki Şəhər Rayon Polis Şöbəsi İ.Məmmədovanın bu məsələ ilə bağlı ərizə ilə müraciət etdiyini təsdiqləyərək, müvafiq araşdırma aparıldığını bildirib. (Mia.az)
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...